Uni Ko QSC

Şirkət haqqında:
UNICO” tikinti şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. Yarandığı andan etibarən “UNICO” Azərbaycanın tikinti bazarında layiqli yer tutmağı və yüksək keyfiyyətli və peşəkar işi sayəsində müvəffəqiyyətlə özünü tanıtmağı bacardı.
Komandamız işdə böyük staja və yüksək səviyyəli təcrübəyə malik peşəkarlardan ibarətdir. Biz görülən işlərə görə bütün məsuliyyəti öz üzərimizə götürürük.
Bu gün “UNICO” şirkəti sabit və dinamik inkişaf edən müəssisədir. O, inkişaf etmiş struktura, eləcə də layihə-smeta sənədlərinin yaradılması mərhələsindən tutmuş obyektlər istismara verilənədək təmir-tikinti işlər kompleksinin aparılması üçün lazım olan beynəlxalq tərəfdaşlara malikdir.
Əlaqə vasitələri:
Planlama üzrə mühəndis
Təsvir:
- Layihə qrafikinin hazırlanması
- Qrafik üzrə işlərin gedişatının izlənilməsi
- Həftəlik, aylıq hesabatların hazırlanması
- Sahədən verilən məlumatların yoxlanılması
- Hesabatların layihə komandası ilə paylaşılması
- Yerinə yetirilmiş işlərin düzgünlyünün yoxlanılması
- Layihə üzrə histogram və S – əyrisinin hazırlanması, layihənin gedişatı ərzində izlənilməsi
- İsçi resurslarının plan üzrə analizi və podratçılarla daim əlaqədə olması
- Plan və faktiki proqresin həftəlik yoxlanılması
- Yarana biləcək gecikmələr üzrə layihə komandasının məlumatlandırılması
- Gecikmə hesabatının hazırlanması və təqdim edilməsi
Tələblər:
- Ali Təhsil
- Dil – Azərbaycan dili, İngilis dili
- Komputer – Primavera, MS Project, Office
- Təcrübə – 2 İl
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.