Ram Holding

Şirkət haqqında:
RAM Holdinq QSC-yə aid şirkətlərin fəaliyyəti 2005-ci ildən başlayır. Holdinqə aid 10-da artıq şirkət Azərbaycan Respublikası ərazisində və respublikanın hüdudlarından kənarda fəaliyyət göstərməklə 6 fərqli sektoru əhatə edir. Holdinq Azərbaycanda inşaat sektorundan kənd təsərrüfatı sektoruna, maliyyə sektorundan səhiyyə sahəsinə, nəqliyyatdan pərakəndəçiliyə qədər müxtəlif sahələri əhatə edən və öz ənənələri, dəyərləri, xidməti və keyfiyyəti ilə istər şirkətlər, istərsə də fərdi sahibkarların etibarını qazanmış bir şirkətlər ailəsidir. Qürurla deyə bilərik ki, bu ailəyə daxil olan bir neçə şirkət fəaliyyət göstərdiyi sektorda lider şirkətlərdəndir və onların hər biri öz bazarlarının inkişafında mühüm rollardan birini oynayır. Şirkətlərimizin əldə etdikləri uğurlar holdinqin bütün potensialının vahid və səmərəli inkişaf strategiyası ətrafında birləşərək, məqsədyönlü və planlı fəaliyyətin, texnologiyaların son nailiyyətlərinin doğru tətbiqinin, eləcə də effektiv idarəetmə sisteminin nəticəsidir. RAM Holding etibarlı tərəfdaşdır.
Əlaqə vasitələri:
Hüquqşünas
Namizədə olan tələblər:
- Hüquq üzrə ali təhsil (magistr dərəcəsinin olması üstünlükdür);
- İcra hüququ sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Mülki, Mülki Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar Məcəlləsini, İcra haqqında qanunu bilməli;
- Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
- Azərbaycan dili biliyi əla səviyyədə(ingilis və rus dilləri biliyi arzuolunandır);
- E-taxes.gov.az, e-mehkeme.gov.az, e-qanun.az portalından istifadə etmək bacarığı;
- Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarının bilməsi.
Vəzifə öhdəlikləri:
- Dövlət orqanları, yerli özünüidarəetmə orqanları və digər qurumlar qarşısında Şirkəti təmsil etmək;
- Mülki prosessual, inzibati xətalar, inzibati prosessual və cinayət prosessual qanunvericiliyinə uyğun olaraq Şirkəti iddiaçı (ərizəçi), mülki iddiaçı, cavabdeh, mülki cavabdeh, zərər çəkmiş, üçüncü şəxs və xüsusi ittihamçı qismində təhqiqat, istintaq və bütün məhkəmə orqanlarında təmsil etmək;
- Şirkətin adından bütün prosessual sənədləri (iddia ərizələri, şikayətlər, vəsatətlər, etirazlar və s.) tərtib edib, təhqiqat, istintaq və məhkəmə orqanlarına təqdim etmək;
- Təhqiqat, istintaq və məhkəmə orqanlarının Şirkətin mənafeyinə uyğun olmayan qanunsuz və əsassız qərarlarından şikayətlər vermək;
- İcraata daxil olmuş icra sənədlərinin vaxtında, tam, düzgün icra edilməsi və icrası ilə əlaqədar yerli icra qurumların icra məmurları ilə əlaqə yaratmaq;
- Zərurət olduqda borcun ödənilməsi istiqamətində müstəqil qaydada, o cümlədən icra məmurları ilə birgə borcluların ünvanına, yaşayış və iş yerlərinə, əmlakının olduğu yerlərə səfərlər etmək və ya bu tədbirlərdə icra məmurunu müşayiət etmək;
- Regional icra şöbələrinə ezam getmək;
- İcraata daxil olmuş icra işləri ilə bağlı icra məmuru ilə qarşılıqlı əməkdaşlıq etmək, yazışmalar aparmaq və icra məmurunu lazımi məlumatlarla təmin etmək;
- Həftəlik görülmüş işlərin nəticələrinə dair həftəlik hesabat hazırlamaq.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Ünvan: Port Baku Tower 2
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas” yazaraq Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.