A+Co ASC

Şirkət haqqında:
2006-cı ildən fəaliyyətinə başlamış “Xırdalan Şərab” bazara “Qızıl Qaya”, “Kaqor”, “Qara Üzüm” şərabları ilə və “Şirvan”, “Yubiley” konyakları ilə qədəm qoymuşdur.
2008-ci ildən isə şirkət məhsullarının sırasına araq da əlavə etmiş və qısa bir zaman ərzində “Novaya Marka”, Sibirskiy Rubin”, “Çudo Klyuç”, “Medved” və “Raduqa” markaları ilə məşhurlaşmağa başlamışdır.
2010-cu ilədək ölkə bazarında özünə layiqli yer tutmuş “Xırdalan Şərab” zamanla konyak və şərabları ilə xarici bazarlara da uğurla daxil olmuşdur. Belə ki, həmin ildən şirkətin istehsal etdiyi şərablar və konyaklar Çin Xalq Respublikası və Rusiya Federesiyası bazarlarında təmsil olunmağa başlamış və qısa bir vaxt ərzində alıcıların rəğbətini qazanmışdır.
İstifadə olunan texnologiyalar:
Şirkətin Şamaxıda yerləşən ilkin emal zavodunda Şamaxı, İsmayıllı və Qəbələdə yetişdirilmiş “Kaberne-Sovinyon”, “Kaberne-Merlo” və “Mədrəsə” üzüm növlərindən hazırlanmış şərab sonrakı istehsal üçün Xırdalandakı zavoda göndərilir.
İçkilərin hazırlanmasında ən müasir texnoloji üsullar tətbiq olunur. İstifadə olunan şollar suyu müasir İtaliya avadanlıqlarında osmos üsulu ilə bütün zəruri sanitar-gigiyenik şərtlərə ciddi riayət etməklə təmizlənir.
Araq istehsalında istifadə olunan spirt yüksək keyfiyyətli buğda unundan hazırlanır.
“Xırdalan Şərab”ın istehsal etdiyi bütün içkilərin şüşə qabları Fransa, Moldova və Ukraynadan gətirilir.
Şərab və konyak şüşələrinin ağac tıxacları İtaliya, Portuqaliya və Fransadan üzərində “Xırdalan Şərab”ın öz loqosu ilə alınır. Bu isə saxtakarlıq ehtimalını sıfıra endirir.
Əlaqə vasitələri:
Satış təmsilçisi
Vəzifə öhdəlikləri:
- Şirkətə aid məhsulların sifarişlərini qəbul etmək;
- Davamlı olaraq satış məntəqələrini ziyarət edərək mal çatışmamazlığını müəyyən etmək;
- Şirkətin məhsullarını ərazilərdə satışını təşkil etmək və ödənişlərin şirkətə təhvil vermək;
- Şirkətə məxsus malların ticarət nöqtələrinin rəflərində prioritet yerlərdə normativlərə uyğun düzülüşünü təmin etmək;
- Şirkətə məxsus malların maksimum dərəcədə paylanılmasını təmin etmək;
- Satış təmsilçisi tərəfindən satış nöqtəsinin anbarındakı şirkətə məxsus məhsulların varlığına nəzarət etmək;
- Satış təmsilçisi tərəfindən satış məntəqələrində olan maddi vəsaitə nəzarət etmək;
- Birbaşa tabe olduğu Bölgə müdiri tərəfindən tapşırıqları icra etmək;
- Birbaşa tabe olduğu Bölgə müdirinə hər günün sonunda gördüyü işlər barəsində məlumat və hesabat vermək.
Tələblər:
- İş təcrübəsi: Satış sahəsində minimum 1 il;
- Yaş həddi: 25-40;
- Şəxsi avtomobilin olması vacibdir;
- Pərakəndə və Horeca kanalları üzrə təcrübə arzuolunandır.
İş şəraiti:
- İş yeri: Bakı əraziləri;
- 6 günlük iş qrafiki.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış təmsilçisi” yazaraq Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.