Ram Holding

Şirkət haqqında:
RAM Holdinq QSC-yə aid şirkətlərin fəaliyyəti 2005-ci ildən başlayır. Holdinqə aid 10-da artıq şirkət Azərbaycan Respublikası ərazisində və respublikanın hüdudlarından kənarda fəaliyyət göstərməklə 6 fərqli sektoru əhatə edir. Holdinq Azərbaycanda inşaat sektorundan kənd təsərrüfatı sektoruna, maliyyə sektorundan səhiyyə sahəsinə, nəqliyyatdan pərakəndəçiliyə qədər müxtəlif sahələri əhatə edən və öz ənənələri, dəyərləri, xidməti və keyfiyyəti ilə istər şirkətlər, istərsə də fərdi sahibkarların etibarını qazanmış bir şirkətlər ailəsidir. Qürurla deyə bilərik ki, bu ailəyə daxil olan bir neçə şirkət fəaliyyət göstərdiyi sektorda lider şirkətlərdəndir və onların hər biri öz bazarlarının inkişafında mühüm rollardan birini oynayır. Şirkətlərimizin əldə etdikləri uğurlar holdinqin bütün potensialının vahid və səmərəli inkişaf strategiyası ətrafında birləşərək, məqsədyönlü və planlı fəaliyyətin, texnologiyaların son nailiyyətlərinin doğru tətbiqinin, eləcə də effektiv idarəetmə sisteminin nəticəsidir. RAM Holding etibarlı tərəfdaşdır.
Əlaqə vasitələri:
Logistika üzrə Təcrübə Proqramı
Karyerasını Logistika sahəsində qurmaq istəyən məzunların nəzərinə!
Bu fürsət sizə nə vəd edir?
- Logistika sahəsində mütəxəssis kimi yetişmək imkanı;
- Rəsmi və professional iş mühiti;
- Əvəzolunmaz təcrübə ilə birgə, həm də maddi qazanc;
- Sınaq müddətini tamamlayandan sonra, daimi işlə təmin olunma.
Bəs namizədlərdən tələbimiz nədir?
- Ali təhsil;
- Azərbaycan dili səlis, rus və ingilis dillərində yaxşı danışıq bacarığı.
İş şərtlərimiz:
- Əmək haqqı: 400 AZN;
- İş qrafiki: Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- İş yeri: Port Baku Office.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Logistika üzrə Təcrübəçi” yazaraq Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.