Quba Palace Hotel

Şirkət haqqında:
“Quba Palace” Azərbaycanın paytaxtı Bakıya ən yaxın məsafədə, füsünkar təbiətə malik Qubada yerləşən möhtəşəm beşulduzlu oteldir. Otel dağların arasında, meşələrin əhatəsində yerləşməklə təbiət gözəlliklərinin qəlbində yüksək səviyyəli istirahət, gözəl əyləncə və unudulmaz təəssüratlar vəd edir.
“Quba Palace” Heydər Əliyev adına Hava Limanından 201 km, Bakının mərkəzindən 171 km, Quba şəhər mərkəzindən 7 km məsafədə, Əski İqrıq kəndində yerləşir. “Quba Palace” Azərbaycanda ilk və yeganə qolf meydançasına malik olan yeganə oteldir. Bu möhtəşəm otel dağ və göl peyzajları arasındakı sakit və gözoxşayan bir ərazidə qolf oynamağın üstünlüyünü bəxş edir.
Oteldə son dərəcədə dəbdəbəli şəkildə dizayn olunmuş konfrans və toplantı zalları tədbir və biznes görüşləri üçün unikal məkandır.
Əlaqə vasitələri:
Xəzinədar
Vəzifə öhdəlikləri:
- Pul vəsaitlərinin idarə edilməsi və mühafizəsi.
- Maliyyə sənədlərinin düzgünlüyünü təmin etmək (çeklər, nağd pul əməliyyatları)
- Gündəlik nağd pul izləmək və idarə etmək, pul vəsaitlərinin düzgün şəkildə saxlanmasını təmin etmək.
- Gündəlik satışların, xərc və gəlirlərin qeydiyyatı, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi
- Ödəniş qəbzlərinin oteldə istifadə olunan proqramında qeydiyyatı
- Xəzinə əməliyyatlarının aparılması
- Oteldə istifadə olunan sistemə vaxtında və düzgün məlumatların daxil edilməsi
Namizədə aid tələblər:
- Müvafiq sahədə 1 il təcrübə
- Kassa aparatı və Pos terminalın istismar qaydalarını bilmək,
- Müştəri xidmətinin əsaslarını bilmək,
- MS Office proqramlarını bilmək
- Məsuliyyətli, nizam-intizamlı olmaq,
- Detallara diqqət və stressə davamlı olmaq.
- Azərbaycan dilini bilmək (Rus dili bilənlərə üstünlük verilir).
İş şəraiti:
- Nəqliyyat və yataqxana ilə təmin olunma;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Vakansiyaya uyğun olan namizədlər CV-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.