Dinçer&Carçıoğlu BM

Şirkət haqqında:
"Dinçer və Carçıoğlu" BM 1997-ci ildə təsis edilmiş və bu gün Azərbaycanda biznesin müxtəlif sahələrində təmsil olunan iri şirkətlər qrupundan biridir. Fəaliyyətinin əsas sahəsini qida və qeyri-qida məhsullarının topdan və pərakəndə satışı əhatə edir. Bu istiqamət üzrə başlayaraq şirkətimiz qısa zaman ərzində müştəri və partnyorlarının rəğbətini qazanmış və fəaliyyət sahələrini genişləndirmişdir. “Dinçer və Carçıoğlu” BM-i Avropa və qonşu ölkələrin dünya bazarındakı mühüm şirkətlərinin Azərbaycanda rəsmi distribüteridir.
Ölkənin inkişaf dinamikası və iqtisadi gücü, eyni zamanda, təşkilati sabitlik və maliyyə stabilliyi, təcrübəli və peşəkar kadrlar “Dinçer və Carçıoğlu” BM-in uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdir. Bunun nəticəsi olaraq şirkətimiz yüzlərlə işçi kadrların sahibidir. Bu gün fəaliyyətimizin genişləndirilməsi sayəsində beynəlxalq tərəfdaşlarımızın sayı artır. Əməkdaşlıq etdiyimiz dövlətlər siyahısına Türkiyə, Rusiya, Ukrayna, Almaniya, İspaniya, Belarusiya, Finlandiya, Estoniya, İtaliya və digər dövlətlər daxildir.
Müəssisə olaraq əsas dəyərlərimiz keyfiyyət və etibarlılığın ən yüksək dərəcəsini təklif etməkdir. Qarşılıqlı hörmət və düzgünlük əsasında uzunmüddətli tərəfdaşlığın təmin edilməsi, rifah halının yüksəldilməsi məqsədilə xalqımızı yüksək keyfiyyətli məhsul və xidmətlərlə təchiz edilməsi, müştəri və tərəfdaşlarımıza sadiqlik və bununla, Azərbaycanın etibarlı biznes tərəfdaşı imicinin gücləndirilməsinə töhfələr vermək şirkətimizin əsas prinsipləridir.
Əlaqə vasitələri:
Baş Aşpaz
Vəzifə öhdəlikləri:
- Təhlükəsiz iş mühitinin yaradılmasına, qida gigiyena standartlarına riayət etməkvə təmizliyə riayət etmək;
- Yeməklərin hazırlanma cədvəlinə nəzarət, gün ərzində vacib olan işlərin öncəliklərini təyin və icra etmək;
- Gündəlik hazırlanmalı qidalar üçün lazım olan ərzaq və ləvazimatların ehtiyatına nəzarət etmək, sifarişləri vaxtında ( günlük, həftəlik) vermək;
- Bütün yeməkləri müəssənin “Delicates” əmtəə nişanı adı altında fəaliyyət göstərən ünvanında təyin etdiyi standartlarına müvafiq reseptlər və faliyyət istiqaməti əsasında hazırlamaq;
- Bişirilmə qaydalarını (ardıcılıq prinsipi, temperatur rejimi , müddət və s.) xüsusilə italyan mətbəxini bilmək;
- Birbaşa rəhbər tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək;
İş barədə məlumat:
- Əmək haqqı: 1200 AZN + bonus;
- İş qrafiki: 6 günlük (həftənin birinci günü istirahət)
- Yaş həddi: 25-40
- Bu sahədə iş ştajı ən azı 3 il
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş aşpaz” yazaraq Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Əlaqə nömrəsi: 099 757 16 57/ 55 515 15 03