BESTİNG MMC

Şirkət haqqında:
"BESTING” MMC 2018-ci ildə Azərbaycanda qurulmuş qənnadı və çörək sektoru üçün qida xammalları istehsalı ilə məşğul olan şirkətdir.
Çörək və qənnadı istehsalçılarının güvənli tərəfdaşı olmaqla onlara kreativ ideyalar vermək, dünyada bu sektorda yaranan yeni trendlər, yeni reseptlər və yeni konseptlərin hazırlanması şirkətin başlıca vəzifələrindən biridir.
Şirkətin professional işçi heyəti Azərbaycan və onun hüdudlarından kənarda olan şirniyyat ustaları və istehsalçılara yaxın mövqe tutmaqla yaranan bütün istehsal problemlərində onlara dəstək olmağa davam edir. 2018-ci ildən etibarən bazarı keyfiyyətli məhsulla təmin etmək vəzifəsini üzərinə götürən "BESTING” MMC şirkəti bu yola "Sağlam qida və fərqli dad!" devizi ilə çıxdı!
Əlaqə vasitələri:
Marketoloq
İş barədə məlumat:
- Şirkətin marketinq strategiyalarını hazırlamaq və həyata keçirmək.
- Rəqəmsal və ənənəvi marketinq kampaniyalarının idarə olunması.
- Brendin tanınması üçün strategiyalar qurmaq və icra etmək.
- Sosial media kanalları vasitəsilə marketinq fəaliyyətlərini genişləndirmək.
- Hədəf bazarının təhlil edilməsi və bazar araşdırmalarının aparılması.
İş şəraiti:
- İşə qəbul: Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq aparılır.
- İş saatı: Bazar ertəsi - Cümə, 09:00 - 18:00
- Həftədə 2 gün istirahət günü.
- Ünvan: Yasamal rayonu, Əhməd Cəmil küçəsi.
- Əmək haqqı: 1200 - 1500AZN.
Tələblər:
- Təcrübə: Marketinq sahəsində ən azı 2 il iş təcrübəsi.
- Strateji düşüncə: Güclü strateji planlaşdırma və analiz bacarıqları.
- Kreativlik: Yaradıcı kampaniyalar hazırlamaq və brendin fərqləndirilməsi üçün innovativ yanaşmalar tətbiq etmək.
- Dil bacarıqları: Azərbaycan və Rus dillərində səlis yazı və danışıq bacarıqları
Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.