A - Group Insurance Company

Şirkət haqqında:
A-QROUP SIĞORTA ŞİRKƏTİ 1995-ci ildə yaradılmışdır. A-Qroup özəl və 100% milli şirkətdir.
A-Qroup Sığorta Şirkəti Tibbi sığorta, Bədbəxt hadisələrdən fərdi sığorta, Əmlak sığortası, Nəqliyyat vasitələrinin sığortası, Xarici səfərlər zamanı sığorta, Peşə məsuliyyəti sığortası və s. ilə sığorta növləri ilə məşğul olur. Fəaliyyətinin başlıca istiqamətini isə Tibbi sığorta təşkil edir. Uzun illərdir ki A-Qroup Sığorta Şirkəti Azərbaycan sığorta bazarında Könüllü Tibbi Sığorta üzrə liderliyi əldə saxlayır. A-Qroup Sığorta Şirkətinin mükafatları: CIBC Award 2005 – dinamik maliyyə inkişafı, UGUR Award 2005 – İlin Sığorta Şirkəti. A-Qroup ISO: 9001/2008 standartlarına uyğun keyfiyyətə nəzarət sistemi üzrə fəaliyyit göstərir.
Sığorta proqramlarının inkişafında müştərilərimizin arzu və tövsiyələri, aparılan araşdırmaların və mütəxəssislərimizin uzun müddətli iş təcrübəsinin nəticələri nəzərə alınmışdır. Müştərilər üçün yüksək səviyyəli tibbi yardım təşkil etmək üçün şirkətimiz Bakı şəhərində və Azərbaycan Respublikasında fəaliyyət göstərən ən qabaqcıl klinikaların daxil olduğu xüsusi tibbi yardım sistemi işləyib hazırlamışdır.
Əlaqə vasitələri:
Mühasib
Əmək funksiyaları:
- Gündəlik mühasibat əməliyyatlarının (mədaxil, məxaric, ödəniş sənədləri və s.) uçotunun aparılması
- Mühasibat sənədlərinin (qaimə-faktura, hesab-faktura, müqavilələr və s.) düzgünlüyünün yoxlanılması və sistemə daxil edilməsi
- Bank əməliyyatlarının və ödəniş tapşırıqlarının hazırlanması və izlənməsi
- Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və vaxtında təqdim olunması
- Gəlir və xərc sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi
- Rəhbərliyə dövri maliyyə hesabatlarının təqdim olunması
- Mühasibat proqramında (İnsure.az) işləmək və məlumatların dəqiq daxil olunmasına nəzarət
- Audit yoxlamaları zamanı lazımi sənədlərin hazırlanması və təqdim olunması
- Maliyyə əməliyyatları zamanı şirkət daxili qayda və prosedurlarına riayət edilməsi
Tələblər:
- Sığorta sahəsində mühasibatlıq üzrə iş təcrübəsi üstünlük kimi qiymətləndirilir;
- Peşəkar mühasib sertifikatına malik olmağı mütləqdir;
- Insure.az proqramında işləmək bacarığı əlavə üstünlükdür;
- MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı vacibdir;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, digər xarici dillərin (xüsusilə rus və ya ingilis dili) biliyi arzuolunandır;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, mühasibat uçotunun təşkili və aparılması ilə bağlı normativ hüquqi aktlar üzrə dolğun biliklərə sahib olmalıdır.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Azadlıq prospekti 3
- İş qrafiki: Tam ştat, 5 günlük iş həftəsi (09:00 – 18:00)
- Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında müəyyən olunur
- Tibbi sığorta: Şirkət tərəfindən təmin olunur
Maraqlanan şəxs CV-ni, mövzuda “Mühasib” qeyd etməklə, Müraciət et butonunda qeyd olunan email ünvanına göndərə bilər.