Super Toys

Şirkət haqqında:
SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında liderlərdən biri olaraq fəaliyyət göstərir. Oyuncaq mağazalar şəbəkəsi hazırda 8 filialda 10 000-dən çox məhsul çeşidi ilə müştərilərinə keyfiyyətli və bütün dünyada trend olan məhsullar təqdim edir. Məhsul seçimi geniş olan mağazada oyuncaqlardan əlavə olaraq, seqvey, kvadrosikl, elektron skuter, moped(elektron bike), velosiped, motosikletlər kimi texniki və elektron məhsullar da müştərilərə təklif edilir.Həmçinin illərlə yaşayış komplekslərini, istirahət mərkəzlərini, bağça və parkları 50-ə yaxın çeşiddə təqdim etdiyi Avropa sertifikatlı böyük Park Sürüşkənlər – Atraksionlar və idman avadanlıqları ilə təmin edir. Eyni zamanda dünyaca məşhur hovuz və hovuz məhsulları markası İNTEX və Bestway brendlərinin geniş çeşidlərini təqdim edir.
Əlaqə vasitələri:
İnsan Resursları üzrə Mütəxəssis (İşə Qəbul Prosesi üzrə)
Vəzifə öhdəlikləri:
- Şirkətin ehtiyaclarına uyğun vakansiyaların planlanması və elanların hazırlanması
- Namizədlərin cəlb edilməsi, ilkin müsahibələrin təşkili və namizəd seçimi
- Ofis işçiləri, satış məsləhətçiləri, kassir və digər mövqelər üzrə işə qəbul prosesinin icrası
- Yeni əməkdaşların onboarding (uyğunlaşdırma) prosesinin təşkili
- İşçilərin sınaq müddətinin monitorinqi və nəticələrin rəhbərliyə təqdim olunması
- HR proqramlarında qeydiyyat və məlumatların sistemə daxil edilməsi
Tələblər:
- Ali təhsil (İnsan resursları, psixologiya və ya idarəetmə sahəsində üstünlükdür)
- İnsan resursları sahəsində minimum 1 il təcrübə
- Güclü ünsiyyət və dinləmə bacarıqları
- Müsahibə aparmaqda təcrübə və analitik yanaşma
Şirkət tərəfindən təminatlar:
- Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun iş rejimi
- Peşəkar inkşaf və təlim imkanları
- Stabil və Mehriban iş mühiti
- Davamlı inkişaf və təcrübə mübadiləsi imkanları
- Korporativ mədəniyyət və dəstəkçi komanda
Müraciət etmək istəyən namizədlərdən öz CV-lərini mövzu yerində “İnsan Resursları üzrə Mütəxəssis (İşə Qəbul Prosesi üzrə)” yazaraq Müraciət Et butonunda qeyd olunan e-mail ünvanına göndərmələri xahiş olunur.