Avrora
Şirkət haqqında:
“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
“Avrora Qrup” hal-hazırda qida sektorunda ölkəmizin ən aparıcı distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “Heinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. Şirkət distribüter fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. “Avrora Qrup”un ümumi sahəsi 39000 kv/m olan logistika mərkəzi vardır. “Avrora Qrup” distribüter şirkəti olaraq hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir.
Əlaqə vasitələri:
Auditor
Əsas vəzifə öhdəlikləri:
- Təsdiq olunmuş normativlər əsnasında seçilmiş ticarət nöqtələrində satış üzrə nümayəndə, reklamçı və satış üzrə bölmə rəhbərlərinin aylıq fəaliyyətinin dəyərləndirilməsi üçün rəflərin yoxlanılması və nəticələrin müvafiq cədvəldə qeyd edilməsi;
- Seçilmiş ticarət nöqtələrində strateji məhsulların ticarət nöqtələri üzrə təsdiq olunmuş mövcudluq normativlərinin yoxlanılması və raporlanması;
- Fəaliyyət göstərilən ərazidə ticarət nöqtələri ilə debitor borcların yoxlanışının həyata keçirilməsi, uçot məlumatlarına əsasən qarşılıqlı üzləşmə sənədlərinin imzalanması;
- İşdən çıxan satış nümayəndələri üzrə təhvil alınan ərazinin borc qalıqlarının və inventarlar üzrə yoxlamasının aparılması və yeni satış nümayəndəsinə təhvil verilməsində iştirak edilməsi, kənarlaşmaların müəyyən edilməsi, maddi məsul şəxslərdən izahatların və dəymiş zərər aktlarının alınmasında iştirak edilməsi;
- Risk dəyərləndirməsi əsnasında seçilmiş ticarət nöqtələrində yoxlamaların həyata keçirilməsi, kənarlaşmaların araşdırılıb aradan qaldırılmasının təqib edilməsi və aparılan yoxlamanın nəticələrinin rəhbərliyə təqdim edilməsi;
- Mütəmadi olaraq satış nümayəndələrinin ərazidə olan borc və inventar qalıqlarının sayımının həyata keçirilməsi;
- İsti satış sistemi ilə çalışan satış heyəti əməkdaşlarının anbar qalıqlarının yoxlamasında iştirak edilməsi;
- Aylıq olaraq müqaviləli ticarət nöqtələrində müqavilə şərtlərinin yerinə yetirilməsinin dəyərləndirilməsi və müqavilə şərtlərinin yerinə yetirilməsi nəticələrinin rəhbərliyə təqdim edilməsi;
Mərkəzi və region anbarlarının eləcədə region xəzinə qalıqlarının illik və aylıq sayımının həyata keçirilməsində iştirak edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Yaxşı səviyyədə Excel bilikləri;
- Problemləri həll etmə bacarığı;
- Detallara diqqətlilik;
- Komanda ilə işləmək bacarığı;
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali (Maliyyə, );
- İş təcrübəsi: Satış auditi sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Aşıq Molla Cümə 46 C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Auditor” yazaraq Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.