Caspel

Şirkət haqqında:
“CASPEL” – biznesə köməyə gələn IT
Müasir biznes-prosesləri informasiya texnologiyalarsız təsvir etmək artıq qeyri-mümkündür.
“Caspel” IT-şirkəti 2005-ci ildə təsis edilmişdir. Şirkətin ixtisası – Azərbaycan ərazisində ən yeni informasiya texnologiyalarının tətbiqi sahəsində fəaliyyət göstərilməsidir.
- Biznesdə yaranan problemlərin informasiya texnologiyalarının köməyi ilə həll edilməsi;
- Müəssisənin spesifikasiyası və fəaliyyət sahəsi nəzərə alınmaqla oradakı proseslərin avtomatlaşdırılması;
- Proqram və aparat səviyyəsində informasiya təhlükəsizliyinin təmin edilməsi;
- Müəssisənin elektik enerjisinə, IT-mütəxəssislərə çəkilən xərclərinin optimallaşdırılması.
Artıq 17 ildir ki, “Caspel” şirkəti iri və orta biznes üçün IT-həllərin tətbiqi sahəsində çalışır. Zaman keçdikcə, şirkətimizin təklif etdiyi məhsul və xidmətlərə proqramlaşdırma da əlavə olundu. Hal-hazırda isə “Caspel” 3 yeni layihə: IPTV, startaplarla əməkdaşlıq və onların ekspert qiymətləndirilməsi, xüsusi mülkiyyətçi-müştəriyə hesablanmış fibro-optik şəbəkələrin və ADSL-in genişləndirilməsi – kimi layihələri irəli sürür.
Əlaqə vasitələri:
İnsan Resursları üzrə aparıcı mütəxəssis
Vəzifəyə aid qoyulan tələblər
- Təhsil: Ali təhsil;
- Təcrübə: 3 illik iş təcrübəsi;
- Yaş: 25 – 30;(bəy namizəd)
- Dil bilikləri: Rus dili mütləqdir
- ERP və Microsoft Office (Excel yaxşı səviyyədə) proqramlarını bilməli
Vəzifəyə aid qoyulan tələblər
- İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir
- Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
- Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
- İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
- İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
- İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
- İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
- Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
- Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və müdirə hesabat verir;
Şəxsi keyfiyyətlər:
- Nitqi aydın və səlis olmalı;
- Fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı;
- Məsuliyyətli və səbrli olmalı;
- Əlavə məlumatlar:
- Korporativ nömrə və danışıq balansı;
- Könüllü tibbi sığorta;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
- Əmək haqqı: İşçinin bilik və bacarığına əsasən təyin olunacaq;
- İş qrafiki: 5 günlük iş qrafiki.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İR üzrə aparıcı mütəxəssis” sözünü qeyd edərək Müraciət et butonunda qeyd olunan ünvanına göndərsinlər.