Mars Overseas Baku

Şirkət haqqında:
Mars Overseas, hər bir ailənin süfrəsində yer alan yüksək keyfiyyətli məhsulları istehsal edən və satışını həyata keçirən nüfuzlu bir şirkətdir.
Şirkət öz uğurlu fəaliyyətinə 1999-cu ildə başlamışdır. Eyni ildə qida & içki sektorunda dünyanın ən nüfuzlu şirkətlərindən biri olan “Pepsico” ilə bağlanan tərəfdaşlıq müqaviləsinə əsasən Pepsico məhsullarının Azərbaycanda müstəsna istehsal və satış hüququna sahibdir. Günümüzədək bu dəyərli tərəfdaşımızla əlaqələrimizi daha da genişləndirməyə və gücləndirməyə əzmlə müvəffəq olmuşuq.
Şirkətimizin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və qəlyanaltıların istehsalı və satışıdır. Uzun və keçməkeşli bir yol qət edərək içki sektorunda bazarın aparıcı şirkətlərindən birinə çevrilmişik. Bütün regionları əhatə etmək və öz müştərilərimizə daha yaxşı xidmət göstərmək məqsədilə regionlarda distributorlarla əməkdaşlığımızın sayını gündən-günə artırırıq.
“PEPSİ”, “MIRINDA”, “MOUNTAIN DEW”, “7UP”, “JALƏ”, “ЗОЛОТОЙ САД” və “NATURA”, “MIA”, “I’M TEA” əsas brendlər sayılır.
Əlaqə vasitələri:
Təmir bölməsinin rəhbəri
İş yeri: Binəqədi rayonu, Sulutəpə qəsəbəsi
Əsas öhdəliklər:
- Avtoparkda mövcud nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək,
- Texniki nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılması üçün nəqliyyat vasitələrinin daim monitorinqini həyata keçirmək
- Təmir heyətinə rəhbərlik etmək, onların iş bölgüsünü aparmaq, fəaliyyətlərini koordinasiya və nəzarət etmək.
- Təmir üçün tələb olunan ehtiyat hissələrinin vaxtında sifarişini və mövcudluğunu təmin etmək
Əsas tələb:
- Ali təhsil (Mexanika, Avtomobil mühəndisliyi və ya əlaqəli sahələr üzrə).
- Minimum 1 il iş təcrübəsi
- Azərbaycan dili – əla səviyyədə
- Microsoft Office proqramları: Excel və Word – yaxşı səviyyədə istifadə bacarığı.
Əsas Bacarıqlar:
- Yüksək məsuliyyət hissi, təşəbbüskar və nəticə yönümlü yanaşma.
- Komandada işləmək və rəhbərlik etmək bacarığı.
- Operativ qərarvermə və texniki problemləri həll etmək qabiliyyəti.
Əlavə məlumatlar:
- Tibbi sığorta
- Korporativ nömrə
- Peşəkar təlimçi tərəfindən təlimlər
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Təmir bölməsinin rəhbəri” qeyd etməklə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.