Azəriş LTD
Şirkət haqqında:
'AZƏRİŞ LTD' MMC distribüter şirkəti kimi fəaliyyətinin əsası 1998cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
'AZƏRİŞ LTD' halhazırda içki sektorunda ölkəmizin ən aparıcı distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan 'AZƏRİŞ LTD' un portfoliosuna 'Erdinger', 'BitBurger', 'Benediktiner', 'Hofbräuhaus', 'Weihenstephaner', 'Budweiser', 'Pražačka', 'Blanche Bruxelles', 'Жигули', 'Башспирт', 'Swell', 'Sırma', 'KH Colorado', 'Organik Vodka', 'Öz Su' və s. kimi aparıcı brendlər daxildir. 'AZƏRİŞ LTD' distribüter şirkəti olaraq halhazırda 1500dən artıq ticarət nöqtəsinə 150dən çox məhsul çeşidinin satışını həyata keçirir.
Əlaqə vasitələri:
Loqistika üzrə menecer
Yer: Ziya Bünyadov
Əsas vəzifə öhdəlikləri:
- Anbar və nəqliyyat əməliyyatlarının idarə olunması
- Məhsulların vaxtında və düzgün şəkildə çatdırılmasını təmin etmək
- Loqistika xərclərinin optimallaşdırılması və effektivliyin artırılması
- Daşımalarla bağlı sənədlərin düzgün və vaxtında hazırlanması
- Tədarük proseslərini planlamaq, izləmək və optimallaşdırmaq
- Tədarükçülərlə və nəqliyyat şirkətləri ilə əlaqələrin qurulması və idarə olunması
- Komandanın fəaliyyətinə nəzarət və inkişaf etdirilməsi
Tələblər:
- Ali təhsil (loqistika, biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə)
- Minimum 3 il loqistika sahəsində iş təcrübəsi
- Komandada işləmək və idarəetmə bacarığı
- Planlaşdırma, analitik düşünmə və problem həll etmə qabiliyyəti
- Azərbaycan dili səlis, rus dili arzuolunandır
- MS Office və loqistika proqramlarında işləmək bacarığı
Tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Loqistika üzrə Menecer” qeyd etməklə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.