Azerbaijan SuperMarket

Şirkət haqqında:
Hədəfimiz nədir?
Bizim ambisiyamız Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışı üzrə həmişə milli dəyərlərə bağlı olan və ölkəyə qürur verən ən etibarlı brend olmaqdır.
Missiya
Biz hədəfimizə necə nail olmağı planlaşdırırıq?
Müştərilərimizi qida, qeyri-qida məhsulları barədə məlumatlandırmaq və beynəlxalq standartlar səviyyəsində fəaliyyət göstərməklə yanaşı, bizim məqsədimiz yüksək keyfiyyətli innovativ məhsullar təklif etmək, həmçinin müştərilərimizi ruhlandırmaq, müsbət mənada təəccübləndirmək və həmişə orta gəlirli ailələr üçün münasib qiymətlər təqdim etməkdir.
Dəyərlər
Bizim məramımız nədir və biz necə davranırıq?
Biz:
Populyarıq
Əlçatanıq
Etibarlıyıq
Rahatıq
Liderik
Əlaqə vasitələri:
Rəf quraşdırılması üzrə texnik
Vəzifə öhdəlikləri:
- Rəf və mebelləri mağaza təlimatlarına uyğun quraşdırmaq, sökmək və təmir etmək.
- Rəflərdə yaranan problemləri (məsələn, boşalmış vintlər, zədələnmiş komponentlər) müəyyənləşdirmək və ya onları düzəltmək, ya da aidiyyəti komandaya məlumat vermək.
- Dəqiq ölçülər götürmək.
- Məhsulların keyfiyyətinin yoxlanılmasına kömək etmək
- Yük maşınını yükləmək və boşaltmaq.
- İş sahəsini hazırlamaq və təmizləmək.
- İş sahəsini təhlükəsiz və təmiz saxlamaq.
- Bütün təhlükəsizlik qaydalarına daim əməl olunduğuna əmin olmaq.
Tələblər:
- Orta təhsil;
- Sahəyə uyğun iş təcrübəsi ( mebel ustası və.s)
- Çatdırılma blokları və qutular kimi ağır əşyaları qaldırmaq, daşımaq və hərəkət etdirmək bacarığı;
- Yüksək rəflərə çıxmaq üçün nərdivanlardan və ya addım pilləkənlərindən istifadə etməkdə rahatlıq;
- Təmir alətlərdən istifadə etmə bacarığı; (elektrik burğusu,tornavida, açar və.s)
- Problem həll etmə bacarığı;
- Ağır rəflər, qurğular və ya tikinti avadanlıqları ilə işləyərkən potensial təhlükəsizlik risklərini müəyyənləşdirmək və aradan qaldırmaq bacarığı;
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan email ünvanına “Rəf quraşdırılması üzrə texnik” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır