AZINTELECOM

Şirkət haqqında:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin 3 əsas xidmət istiqaməti var. Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. Şirkətin loqotipi və korporativ rənglərinin yaradılması prosesində adları çəkilən prinsiplər əsas meyarlar kimi seçilərək şirkətin missiyası və gələcəkyönümlü planlarına uyğunlaşdırılıb. “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.
Əlaqə vasitələri:
Operator (ön masa)
Departament: Kommersiya departamenti/ Müştərilərlə əlaqələr şöbəsi/ Müştəri xidmətləri bölməsi
Vəzifə öhdəlikləri:
- Daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
- Müştərilərdən daxil olan şikayət və sorğuların vaxtında və düzgün cavablandırılması;
- Sənədlərin qəbulu, qeydiyyatı və arxivləşdirilməsi;
- Gündəlik əməliyyatların icra olunması və müvafiq qeydiyyatın aparılması.;
- Müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
- Müştərilər üçün satış əməliyyatlarını tamamlamaq;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirmək
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Telefon zəngləri və e-poçtların peşəkar və nəzakətli şəkildə cavablandırılması və müvafiq şəxslərə yönləndirilməsi;
- Gündəlik görüşlərin, sənədlərin və qəbul proseslərinin dəqiq və nizamlı şəkildə təşkil olunması;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Məsuliyyətli, səbirli, stressə davamlı olmalı;
- Microsoft Office proqramları üzrə biliklər;
- Məxfi məlumatlarla ehtiyatlı davranmaq bacarığı;
- Qeyd olunan vəzifə üzrə iş təcrübəsi;
- Azərbaycan dili və rus dilini - yüksək səviyyədə bilmək (ingilis dili biliyi üstünlükdür)
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət Et butonunda qeyd olunan e-mail ünvanına göndərə bilərlər.