Avrora
Şirkət haqqında:
“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
“Avrora Qrup” hal-hazırda qida sektorunda ölkəmizin ən aparıcı distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “Heinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. Şirkət distribüter fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. “Avrora Qrup”un ümumi sahəsi 39000 kv/m olan logistika mərkəzi vardır. “Avrora Qrup” distribüter şirkəti olaraq hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir.
Əlaqə vasitələri:
Master Data üzrə Mütəxəssis
Əsas vəzifə öhdəlikləri:
- Master data prosesi ilə bağlı sənədləşmənin və prosedurların hazırlanması və təkmilləşdirilməsində iştirak edir;
- Master datanın idarə olunması siyasət və prosedurlarını tətbiq edir;
- Yeni məhsul, müştəri, təchizatçı və digər əsas obyektlərin düzgün qeydiyyat və təsnifatını təmin edir;
- Məlumat keyfiyyətinə (data quality) nəzarət edir və yanlış məlumatları müəyyənləşdirir;
- ERP sistemlərində (SAP, Logo və s.) data inteqrasiya və təmizlənmə proseslərində iştirak edir;
- Master Data Proseslərində əlaqəli qurumların işçilərinin koordinasiyasını edir.
Tələb olunan bilik və bacarıqlar:
- MS Office (Excel yüksək səviyyədə, Power Point proqramında işləmə bacarığı);
- SAP proqramı üzrə biliklər üstünlükdür.
- Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti;
- Komanda ilə işləmək bacarığı;
- Diqqətli və ünsiyətcil olmaq;
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali təhsil (İnformasiya Texnologiyaları, Komputer Elmləri, Biznesin idarə edilməsi və s.)
- İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, ingilis dil biliyi arzuolunandır.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş yeri: Aşıq Molla Cümə, 46C.
- İş saatı: 09:00-18:00
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Master Data üzrə Mütəxəssis” yazaraq Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.