“OBA Market” MMC

Şirkət haqqında:
“OBA Market” MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli qonşu marketlər şəbəkəsidir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni-diskaunt market konsepsiyası ilə 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil olub. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. 2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran “OBA” Market öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir.
Əlaqə vasitələri:
Proqramlaşdırma bölmə müdiri
Vəzifə öhdəlikləri:
- Proqramlaşdırma bölməsinin fəaliyyətini strateji hədəflərə uyğun şəkildə planlaşdırmaq, təşkil etmək və ümumi idarəetməni təmin etmək
- Daxili və xarici sistemlər üzrə proqram təminatlarının yazılması, təkmilləşdirilməsi və texniki dəstəyinin təşkilinə rəhbərlik etmək
- Şirkətin rəqəmsal inkişaf strategiyasına uyğun olaraq proqramlaşdırma layihələrinin prioritetləşdirilməsi və icra proseslərinə nəzarət etmək
- Komandanın texniki inkişafını dəstəkləmək, mütəmadi bilik mübadiləsi və daxili təlimləri təşviq etmək
- Layihələrin vaxtında və keyfiyyətli şəkildə tamamlanması üçün layihə idarəetmə metodologiyalarına əsasən (Agile, Scrum və s.) komanda ilə sıx işləmək
- Yeni texnologiyaların, proqramlaşdırma dillərinin və avtomatlaşdırma həllərinin tətbiqini təşviq etmək və implementasiyasına rəhbərlik etmək
- Kod keyfiyyətinin, sistem təhlükəsizliyinin və funksionallığın beynəlxalq standartlara (məsələn, ISO, OWASP və s.) uyğunluğunu təmin etmək
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi və ya əlaqəli sahə üzrə);
- Təcrübə: Proqramlaşdırma və proqram təminatlarının inkişafı sahəsində minimum 5 il peşəkar təcrübə;
- Müasir proqramlaşdırma dillərindən (məsələn: C#, .NET, Java, Python və s.) bir və ya bir neçəsində yaxşı səviyyədə;
- Microsoft ekosistemi üzrə təcrübə (üstünlükdür);
- Proqram təminatı layihələrinin idarə edilməsi üzrə biliklər (Scrum, Agile, Kanban və s.);
- Analitik düşüncə və problem həll etmə, Qərarvermə və təşəbbüskarlıq bacarıqları.
Əlavə təminatlar:
- Nahar
- Servis xidməti
- Korporativ nömrə
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Proqramlaşdırma bölmə müdiri" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.