Buxar Mühəndislik

Şirkət haqqında:
Buxar Mühəndislik” müəssisəsinin əsası 1971-ci ildə qoyularaq Mənzil Kommunal Təsərrüfat Nazirliyinin nəzdində qazanxanaların təmiri və quraşdırılması ixtisası üzrə Təmir Tikinti Bazası kimi fəaliyyətə başlayıb.
1994-cü ildə Təmir-Tikinti Bazasının əsasında onun hüquqi varisi olan “Buxar Mühəndislik” şirkəti hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir.
Buxar ixtisaslaşdığı qazanxanaların təmiri və quraşdırılması sahələrində fəaliyyətini davam etdirərək təhsil, səhiyyə, sənaye, təsərrüfat sahələri üzrə müxtəlif uğurlu layihələr həyata keçirib.
50 ilə yaxın peşəkar iş təcrübəsinə malik “Buxar Mühəndislik” şirkəti fəaliyyətini genişləndirərək buxar təchizatı, isitmə, soyutma, havalandırma, su təchizatı sistemlərinin quraşdırılması və avadanlıqların təchiz edilməsi sahələrini də əhatə etməkdə davam edir. Eyni zamanda fəaliyyətimizin bir qolu olan əməkdaşlıq etdiyimiz firmaların avadanlıqlarının satışı və texniki xidmət (servis) göstərilməsi işini də təşkil edərək bir sira iri layihələrə uğurla imza atmışıq.
Əlaqə vasitələri:
Satış mühəndisi
Vəzifə tələbləri:
- Yaş - 22-35
- Təhsil - Orta və ya Ali
- Dillər: Azərbaycan (rus dili və ingilis dili üstünlükdür)
- Satış təcrübəsi ən azı 1 il vacibdir.
- Düzgün kommunikasiya qurmağı bacarmalıdır.
- Komanda ilə işləməyi, daxili prosedurlara uyğun olaraq fəaliyyət göstərməyi bilməlidir.
Vəzifə öhdəlikləri:
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər cəlb etmək;
- Müştərilərin istək və ehtiyaclarını ünsiyyət əsasında təxmin edə bilmək;
- Potensial alıcıları hazır müştəri vəziyyətinə gətirmək üçün səy göstərmək;
- Görüşlər zamanı şirkətin məhsul və xidmətlər haqqında ətraflı və dolğun məlumat vermək;
- Satış sonrası prosesləri izləyərək müştəriyə göstərilən xidməti nəzarətdə saxlamaq;
İş yeri və rejmi haqqında məlumat:
- İş rejimi: 5 günlük, 09:00-18:00
- Korporativ nömrə (Korporativ paket)
- Əmək haqqı: 1000-1200 AZN
- Ünvan: Dəlidağ 8