Qarant Kredit

Şirkət haqqında:
"Qarant Kredit" 2017-ci il tarixindən etibarən fəaliyyət göstərir.Qızıl girovu və elektronik əşyaların girovu əsasında kredit təklif edir.
Əlaqə vasitələri:
Filial Meneceri (Quba, Lənkəran, İmişli və Göyçay)
İş barədə məlumat:
- Filialın cari fəaliyyətinə rəhbərliyi həyata keçirmək və işçi heyətini idarə etmək;
- Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək;
- Filial işçilərinin səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;
- Filialın müştəri bazasının genişləndirilməsi üçün yeni təkliflər planı hazırlamaq;
- Müştərilərdə bağlılıq yaratmaq, rəqiblərin vəziyyətini və bazar paylarını analiz etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
- Filialın balansında olan maddi əşyaların,o cümlədən avadanlıqların,invertarların hərəkəti və istismarına nəzarəti həyata keçirmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
- Birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
- Əməkhaqqı işçinin təcrübəsindən asılı olaraq razılaşma ilə təyin olunur.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
- Müvafiq vəzifədə azı 2 il iş təcrübəsi;
- Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
- Sərbəst və şəffaf şəkildə fikir izah etmə və idarəetmə bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Müştərini cəlbetmə bacarığı.
Qeyd: Bu sahədə çalışan namizədlərə üstünlük verilir.
Qeyd olunan tələblərə uyğun gələn namizədlər öz CV formalarını "Filial Meneceri (Quba, Lənkəran, İmişli və Göyçay) başlığı altında Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.