AZZA Cake House

Şirkət haqqında:
10 ildən çoxdur ki, müştərilərimiz hər məhsulun ən yaxşısı və mükəmməlini əldə edirlər. Uzun illər boyu siz həyatınızda olan mühüm və əlamətdar günlər üçün hədiyyə olaraq tort, şirniyyat və digər məhsulların seçimində bizə etibar edirsiniz. “AZZA” – adı yüksək keyfiyyət və xüsusi zövq sözləri ilə sinonim olub.
Biz sizi və yaxınlarınızı sevindirmək üçün ən yaxşı şirniyyatçı və aşbazları işə cəlb etdik, dünyanın müxtəlif alkoqollu içkiləri, şokolad və çay brendləri ilə əməkdaşlıq etdik.
Əlaqə vasitələri:
Satıcı
Tələblər:
- Tam orta təhsil (ali təhsil olması üstünlükdür).
- Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (üstünlükdür).
- Satış sahəsində təcrübə (üstünlükdür).
- Komandada işləmə bacarığı.
Vəzifələr:
- Ticarət zalında kifayət qədər miqdarda çeşidin olmasına nəzarət etmək və lazım gələrsə onu doldurmaq.
- Alqı - satqı zamanı alıcılara məsləhət vermək.
- Mağaza tərəfindən malların qəbulunda köməklik etmək.
- Satış üçün malların hazırlanması.
- Malların qiymət etiketlərinə nəzarət etmək.
- Malların saxlama müddətinə nəzarət etmək.
- Mağazada malların yerləşdirilməsi və onlara nəzarət etmək.
Səlahiyyətlər:
- Məsuliyyət.
- Dəqiqlik.
- Stresə dözümlülük.
- Ünsiyyətlilik.
- Müştəriyə diqqətçilik.
Şirkət təklif edir:
- Əmək haqqı 500azn, 3 aydan sonra 550azn, 1 ildən sonra 600azn
- Karyera yuksəlişi ilə, altı aydan sonra menecer vəzifəsinə qədər yüksəliş mümkündür və əmək haqqı 650-1000azn qədər artır.
- Bayram günlərində işləmək qanunvericiliyə uyğun olaraq 2 qat odənilir
- Növbəli iş cədvəli.
- Peşəkar inkişaf və yüksəliş.
- Rəsmi qeydiyyat.
Namizələrdən mövzu yerində "Satıcı" vakansiyasının adını göstərərək CV-lərini fotoşəkili ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.