PASHA Capital

Şirkət haqqında:

PAŞA Kapital İnvestisiya Şirkəti 2012-ci ilin iyun ayında yaradılmış və 2021-ci ilin ilk doqquz ayında Bakı Fond Birjasında əməliyyat dövriyyəsini təqribən 10.2 milyard manata çatdırmaqla bu göstəriciyə görə ölkənin ən iri investisiya şirkətinə çevrilmişdir. Şirkət, müştərilərə vasitəçilik, anderraytinq, marja ticarəti və digər investisiya xidmətləri təklif edir. Qeyd edək ki, şirkət “CBONDS” beynəlxalq maliyyə agentliyi tərəfindən “İlin ən uğurlu ilkin bazar yerləşdirməsi” mükafatına layiq görülmüşdür.

Şirkət, 2013-cü ildə “EMEA Finance” jurnalının yekunlarına əsasən “Europe Banking Awards 2013” çərçivəsində “Azərbaycanda ən yaxşı broker” nominasiyası üzrə mükafata layiq görülüb. Əlavə olaraq, şirkət “Cbonds Awards CIS 2019” tərəfindən “İlin Ən Yaxşı İnvestisiya Şirkəti” və 2021-ci ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Azərbaycanın ən yaxşı ilkin istiqraz yerləşdirilməsi” nominasiyası üzrə təltif olunub.

Azərbaycanın investisiya bazarında öz lider mövqeyini qoruyan PAŞA Kapital şirkəti 2021-ci il fəaliyyətinə əsasən “International Finance” maliyyə dərgisi tərəfindən “Azərbaycanın Ən Yaxşı Broker Şirkəti” və “Azərbaycanın Ən Sürətli İnkişaf Edən Broker Şirkəti” mükafatlarına layiq görülüb.

Şirkət, Bakı Fond Birjasının və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının aparıcı üzvlərindən biridir.

2019-cu ildə 8,07 milyard manat, 2020-ci ildə 10,9 milyard manat, 2021-ci ildə 13,4 milyard manat dəyərində əməliyyat dövriyyələrinə əsasən qeyd olunan illər üzrə Bakı Fond Birjasının ən böyük üzvü olmuşdur.

Əlaqə vasitələri:

Baş İcraçı Direktorun Köməkçisi

Baş İcraçı Direktorun  Köməkçisi, inzibati və təşkilati dəstək göstərərək, direktorun cədvəlini, ünsiyyətlərini və müxtəlif tapşırıqlarını idarə etməklə rəhbərlik səviyyəsində işlərin səmərəli və fasiləsiz həyata keçirilməsində mühüm rol oynayır.

Vəzifə Öhdəlikləri:

  • Baş İcraçı Direktorun gündəlik tapşırıqlarını və görüşlərini fəal şəkildə təşkil etmək və əlaqələndirmək, bütün öhdəliklərin fasiləsiz yerinə yetirilməsini təmin etmək;
  • Direktorun bütün biznes tələblərinin həyata keçirilməsi üçün komanda üzvləri və struktur bölmələri ilə səmərəli ünsiyyət qurmaq;
  • Qərar və tapşırıqların icrası ilə bağlı müvafiq normativ sənədlərə uyğun olaraq vaxtında hesabatlar təqdim etmək;
  • Baş İcraçı Direktorun qonaqlarını peşəkar və səmimi şəkildə qarşılamaq, şirkətin müsbət imicini daima nümayiş etdirmək;
  • Kargo daşımalarının təşkili və sənəd dövriyyəsi proseslərini sadələşdirməkdə dəstək göstərmək;
  • Telefon zənglərini və yazışmaları qeyd etmək, yönləndirmək və təqdim etmək;
  • Baş İcraçı Direktorun gündəlik fəaliyyəti və səfərlərinin təşkili prosesində fəal iştirak etmək, vaxtın səmərəli idarə olunmasını təmin etmək;
  • İmzalanması üçün sənədləri Baş İcraçı Direktora təqdim etmək, lazım olduqda müvafiq məlumatları və sənədləri aidiyyəti şəxslərdən tələb etmək və sənədləri yenidən cavabdeh şəxslərə təqdim etmək;
  • Baş İcraçı Direktor və menecer tərəfindən müəyyən edilmiş tapşırıqları və layihələri planlaşdırmaq və həyata keçirmək;
  • Baş İcraçı Direktorun tabeliyində olan struktur bölmələrə inzibati dəstək göstərmək.

Tələblər:

  • Təhsil: Bakalavr dərəcəsi;
  • İş təcrübəsi: 1-3 il;
  • Xarici dillər: Azərbaycan, İngilis və Rus dillərini sərbəst bilmək;
  • Kompüter bacarıqları: Microsoft Office proqramları (Word, Excel) üzrə bacarıqlı olmaq;
  • Ofis idarəetmə sistemləri və prosedurları haqqında biliklər;
  • Yüksək təşkilatçılıq və vaxtın idarə olunması bacarığı;
  • Günlük işlərdə prioritetləri düzgün müəyyənləşdirmək və eyni anda bir neçə işi idarə etmək bacarığı;
  • Yüksək şifahi və yazılı ünsiyyət bacarığı;
  • Məhfiliyin və etibarlılığın qorunması;
  • Stresə davamlılıq, özünə nəzarət və son tarixlərə riayət etmə mədəniyyəti.

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Müraciət edin

Xəyalındakı işi umano.az ilə tap