Qarant Kredit

Şirkət haqqında:
"Qarant Kredit" 2017-ci il tarixindən etibarən fəaliyyət göstərir.Qızıl girovu və elektronik əşyaların girovu əsasında kredit təklif edir.
Əlaqə vasitələri:
Filial müdiri (Quba, Lənkəran, İmişli və Göyçay)
İş barədə məlumat:
- Filialın cari fəaliyyətinə rəhbərliyi həyata keçirmək və işçi heyətini idarə etmək;
- Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək;
- Filial işçilərinin səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;
- Filialın müştəri bazasının genişləndirilməsi üçün yeni təkliflər planı hazırlamaq;
- Müştərilərdə bağlılıq yaratmaq, rəqiblərin vəziyyətini və bazar paylarını analiz etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
- Filialın balansında olan maddi əşyaların,o cümlədən avadanlıqların, invertarların hərəkəti və istismarına nəzarəti həyata keçirmək.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
- Müvafiq vəzifədə azı 1 il iş təcrübəsi;
- Mükəmməl ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
- Sərbəst və şəffaf şəkildə fikir izah etmə və idarəetmə bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Müştərini cəlbetmə bacarığı.
Əlavə məlumatlar:
- Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcək;
- İş vaxtı: Bazar ertəsi-Cümə günləri, 09:00-18:00, Şənbə günü (qısaldılmış iş vaxtı) 10:00-16:00;
- İş yeri: Quba, Lənkəran, İmişli və Göyçay rayonlarında yerləşir;
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd - Bank, Bank olmayan kredit təşkilatı və Lombard sahəsində çalışan namizədlərə üstünlük verilir.
Qeyd olunan tələblərə uyğun gələn namizədlər öz CV formalarını "Filial müdiri (Quba, Lənkəran, İmişli və Göyçay filialı)" başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.