METAK

Şirkət haqqında:
Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.
Biz bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik və 800-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!
Əlaqə vasitələri:
Plastik boru zavodunun rəhbəri
İşin təsviri
- Şirkətin ümumi strategiyasına uyğun olaraq istehsalın məqsəd və vəzifələrini müəyyən edərək istehsal prossesinin təşkili və idarə olunması;
- İstehsalın inkişafı və əməliyyatların səmərəliliyinin artırılması üzrə planların işlənib hazırlanması və həyata keçirilməsi;
- İstehsal fəaliyyətinə və planların icrasına nəzarətin edilməsi;
- Problemli sahələrin müəyyən edilməsi, onların aradan qaldırılması üzrə tədbirlərin işlənib hazırlanması;
- İstehsal ehtiyatlarının, o cümlədən əmək, maliyyə və maddi resursların idarə edilməsi;
- Səmərəliliyi artırmaq, xərcləri azaltmaq və istehsal dövrünün müddətlərini azaltmaq üçün istehsal proseslərinin optimallaşdırılması;
- İş təhlükəsizliyi və əməliyyat standartlarına əməl etməyə nəzarət etmə;
- Əməliyyatların və proseslərin keyfiyyətində təkmilləşdirmələrin etdirilməsi üçün yeni texnologiyaların, avadanlıqların və prosedurların araşdırılması və tətbiqi;
- Təhlil və məlumatların istifadəsi ilə istehsalın effektivliyinin qiymətləndirilməsi və dəyişikliklərin icrası;
- Məhsuldarlığı artırmaq üçün avadanlıqdan istifadənin optimallaşdırılması, iş axınının sadələşdirilməsi və yeni texnologiyaların tətbiqi;
- Kaizen, 5S və Six Sigma keyfiyyətin idarə edilməsi kimi yanaşmaların tətbiqi;
- İstehsalat fəaliyyəti barədə aylıq texniki hesabatların hazırlanması.
Tələblər
- Ali texniki təhsil.
- İstehsalat sahəsində ən azı 5 il iş təcrübəsi.
- İstehsal və əməliyyatlar haqqında biliklərə malik olmalı.
- İstehsal prosesinin əsas prinsipləri və anlayışlarını başa düşməli.
- Keyfiyyətin yaxşılaşdırılması və məhsuldarlığın artırılması üzrə müasir metodologiyaları haqqında texniki anlayış və bilikləri olmalı.
- Təşəbbüskar və yenilikçi olmalı.
- Liderlik bacarığı.
- Yüksək ünsiyyətqurma bacarığı.
İş şərtləri
- Peşəkar iş mühiti;
- Peşəkar və karyera yüksəlişi imkanı;
- Tibbi sığort;
- Rəqabətli əmək haqqı paketi;
- Nəqliyyat xidmətləri və nahar.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.