Avant Group MTK

Şirkət haqqında:
Əlaqə vasitələri:
İnzibatçı
Vəzifə funksiyaları:
- Ofis inventarının (mebel, texnika, avadanlıq, ləvazimat) qeydiyyatı və uçotunu aparmaq, siyahını daim yeniləmək
- Ofis üçün zəruri ləvazimatların sifarişini təşkil etmək, ehtiyat səviyyəsini izləmək və vaxtında təchizatı təmin etmək
- Şirkət avtomobillərinin sənədləşməsi, texniki baxışı, yanacaq, təmir işləri və sürücülərin iş qrafikinin idarə olunmasına nəzarət
- Ofis otaqlarının, ümumi məkanların (mətbəx, iclas otaqları və s.) gündəlik təmizliyi və qaydasına nəzarət etmək
- Yeni əməkdaşları iş masası, texniki avadanlıq, ləvazimat və digər ofis ehtiyacları ilə təmin etmək
- Ofisdə təmir, texniki xidmət işlərinin təşkili və nəzarəti
- Rəhbərliyin göstərişlərinə uyğun digər inzibati tapşırıqların icrası
Vəzifəyə olan tələblər:
- Təhsil: Ali təhsil
- İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq
- Kompüter bilikləri: Microsoft Office proqramları
- Dil bilikləri: Azərbaycan dili və Rus dili-yaxşı ( İngilis dili arzuolunan)
- Təşkilatçılıq, çoxtapşırıqlı iş bacarığı, diqqətcil və məsuliyyətli olmaq
- Yaxşı ünsiyyət və əməkdaşlıq bacarığı
İş Şəraiti:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin olunur
- İş yeri-Çıraq Plaza
- Əmək Haqqı: 800 -1000 AZN net
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “İnzibatçı” yazaraq Müraciət Et düyməsində mail ünvanına göndərə bilərlər.