Harvesso

Şirkət haqqında:
Harvesso MMC bağ, istixana, gülçülük təsərrüfatları, əkin sahələri və qida emalı müəssisələrində istifadə olunan avadanlıq və ləvazimatları təchizatını həyata keçirir.
Missiyamız kənd təsərrüfatı və qida sənayesinin ehtiyaclarına tam uyğun, innovativ, yüksək keyfiyyətli avadanlıq və ləvazimatları təchiz edərək qida təhlükəsizliyi və sektorda dayanıqlı inkişafa töhfə veririk.
Əlaqə vasitələri:
Sürücü-ekspeditor
Vəzifə öhdəlikləri:
- Şirkət tərəfindən etibar olunmuş nəqliyyat vasitəsilə qeyd edilən ünvanlara bağlamalar və sənədlər çatdırmağı bacarmalıdır.
- Gediləcək ünvanlarda əlaqədar şəxslərin nömrələri əvvəlcədən alınmalı və getməmişdən öncə əlaqə saxlanılmalıdır.
- Məhsulları qəbul edərkən siyahı üzrə yoxlamalı və düzgünlüyünə əmin olmalıdır.
- Müştəriyə məhsulları təhvil verdikdən sonra müvafiq sənədlərin imzalanmasında iştirak etməlidir.
- Sürücü məhsulların nəqliyyat vasitəsinə yüklənməsi və boşaldılmasından məsul şəxsdir. Lazım gəldikdə, bu məhsulları nəqliyyat vasitəsinə özü yükləyib boşaltmağı bacarmalıdır.
- Nəqliyyat vasitəsinin texniki saz vəziyyətdə və səliqəli olmasına nəzarət etməlidir.
Tələb olunan bilik və bacarıqlar:
- Təcrübə: Müvafiq sahə üzrə 1 illik iş təcrübəsi
- Sürücülük vəsiqəsi: BC kateqoriyalı
- Komandada işləmə bacarığı
- Cins: Kişi
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi-Cümə, 10:00-18:00;
- İş yeri: Baki şəhəri, Xətai prospekti 34
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
- Maaş: 600 AZN
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sürücü-ekspeditor” yazaraq Müraciət et düyməsində qeyd olunan email ünvanına göndərilməsi xahiş olunur.