Marketinq Direktoru
İş şəraiti:
- İşə qəbul: Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə.
- İş qrafiki: 6 tam iş günü.
- Əməkhaqqı: 1800 – 2500 AZN (namizədin təcrübəsi və peşəkarlıq səviyyəsinə əsasən təyin olunur).
Vəzifə öhdəlikləri:
Strategiyanın hazırlanması və tətbiqi:
- Şirkətin marketinq istiqamətinin qurulması və strategiyaların həyata keçirilməsi.
- Qısa və uzunmüddətli marketinq fəaliyyət planlarının işlənməsi və tətbiqi.
- Bazar meyllərinin və istehlakçı ehtiyaclarının araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tövsiyələrin verilməsi.
- Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması.
Rəqəmsal marketinq və brend inkişafı:
- SEO/SEM, Google Ads, Facebook, Instagram, TikTok, Linkedln, Google Ads və s. sosial media və digər platformalarda kampaniyaların yaradılması, təhlili və optimallaşdırılması.
- Performansa əsaslanan əsas göstəricilərin (KPI) təyin olunması və onların izlənməsi; Brend mövqeyinin gücləndirilməsi və brend strategiyasının həyata keçirilməsi.
- A/B testlərinin aparılması və performans optimallaşdırması üçün texniki və analitik yanaşmaların tətbiqi.
- Web analitikası vasitələri (Google Analytics, Hotjar, Yandex.Metrika və s.) ilə performansın izlənməsi.
Satışa dəstək və müştəri bazası ilə iş:
- Satış komandası ilə birgə kampaniyaların hazırlanması, məhsul və xidmətlərin daha effektiv təqdimatı üçün dəstək.
- Müştəri seqmentlərinin müəyyən edilməsi, bu seqmentlər üzrə fərqli marketinq yanaşmalarının hazırlanması.
- CRM sistemləri ilə işləmək, mövcud müştəri bazasının qorunması və yeni müştəri cəlbi üçün təşəbbüslərin planlanması.
- B2B və B2C sahəsində xüsusi təkliflərin hazırlanması və təqdimatların hazırlanması.
Hesabatlılıq və performans monitorinqi:
- Hər ay, rüb və il üzrə KPI və ROI təhlillərinin aparılması.
- Marketinq layihələrinin effektivliyini ölçmək üçün hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
- Büdcə və resurs istifadəsi üzrə şərh və nəticələrin təqdim olunması.
- Rəqəmsal və ənənəvi kanallarda aparılan kampaniyaların performansına dair müqayisəli təhlillər aparmaq.
Komanda idarəçiliyi və daxili koordinasiya:
- Marketinq komandasının formalaşdırılması, iş bölgüsünün aparılması və idarə olunması.
- Komanda üzvlərinin inkişafı üçün təlim planlarının hazırlanması və tətbiqi.
- Satış, məhsul inkişafı, informasiya texnologiyaları və digər daxili şöbələrlə sıx koordinasiya.
- Layihələrin vaxtında və keyfiyyətlə tamamlanmasını təmin etmək.
Strateji tərəfdaşlıq və agentliklərlə iş:
- Marketinq, media və PR agentlikləri ilə münasibətlərin idarə olunması.
- Tərəfdaşlarla əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və inkişaf etdirilməsi.
- Xarici xidmət təminatçıları ilə müqavilələrin razılaşdırılması və nəzarət olunması.
İctimaiyyətlə əlaqələr və biznes tərəfdaşlıqları:
- İctimaiyyətlə əlaqələrin qurulması, media partnyorları ilə əməkdaşlıq və ictimaiyyətlə əlaqələr təşəbbüslərinin hazırlanması.
- Korporativ tədbirlərin təşkili və iştirak, B2B tərəfdaşlıqların genişləndirilməsi.
- E-mail marketinq kanallarının inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsi.
Analitik yanaşma və tədqiqat:
- Rəqiblərin fəaliyyəti, bazar dəyişikliklərinin daimi izlənməsi və analiz olunması.
- Rəqəmsal platformalar üzrə dövri hesabatların hazırlanması.
- Marketinq göstəricilərinin təhlili və təkmilləşdirmə imkanlarının aşkarlanması.
Namizəd üçün əsas tələblər:
- Biznes, marketinq və ya əlaqəli sahədə ali təhsil.
- Marketinq rəhbərliyi sahəsində minimum 4-6 illik təcrübə.
- Rəqəmsal marketinqdə ən az 5 illik praktiki bilik və təcrübə.
- SEO/SEM, sosial media, reklam və kontent marketinqi sahələrində dərin biliklər.
- Layihələrin idarə olunması, komandaya rəhbərlik və strateji düşüncə bacarığı.
- Təhlil etmək, təqdimat hazırlamaq və effektiv kommunikasiya qurmaq bacarığı.
- Mürəkkəb situasiyalarda operativ və nəticəyönümlü yanaşma.