MPAY QSC

Marketinq Mütəxəssisi
Vəzifə öhdəlikləri:
- Şirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- Reklam, çap, tədbirlərin təşkili, dizayn və digər marketinq xidmətləri üzrə tərəfdaş şirkətlərlə əməkdaşlığın qurulması və effektiv şəkildə idarə olunması;
- Ənənəvi reklam kanallarında (TV, radio, outdoor və s.) reklam yerləşdirməsi;
- Brendin vizual və məzmun standartlarının qorunması;
- Təqdimat materiallarının (PowerPoint, Canva, Figma) hazırlanması;
- Rəqabət analizi və bazar trendlərinin monitorinqi;
- Məhsul və xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak etmək;
- Kampaniyalar üzrə hesabatların hazırlanması və nəticələrin vizual təqdimatı.
Tələblər:
- Ali təhsil (Marketinq, Biznesin idarəedilməsi, Kommunikasiya və ya əlaqəli sahə üzrə);
- Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
- Azərbaycan dili (sərbəst), ingilis dili (intermediate), rus dili üstünlük;
- Təchizatçı və tərəfdaş əlaqələrinin qurulması və idarə olunması təcrübəsi;
- Professional təqdimat hazırlama bacarıqları (PowerPoint, Canva və ya Figma);
- Event menecment və layihə idarəetmə bacarıqları;
- Kollektiv və fərdi işləmə bacarığı;
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı.
Şəxsi keyfiyyətləri:
- Komanda şəklində işləmə bacarığı
- Yaradıcı və strateji düşüncə
- Məsuliyyətli, təşəbbüskar və işgüzar
- Korporativ ünsiyyət bacarıqları.
Təhsil və dil bilik tələbləri:
- Ali təhsil;
- Dil bilikləri: İngilis dili – Intermediate
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- Birlikdə istirahət tədbirlərinin keçirilməsi;