Amper Elektrik

Şirkət haqqında:
“Amper” MMC bir çox sferada istər elektrik materialları, istər mexanik avadanlıq və alətlər, istərsə də inşaat materialları sahəsində Azərbaycanın bir çox qabaqcıl inşaat şirkətləri, zavod, fabrik, servis və ticarət mərkəzləri ilə əməkdaşlıq edir, onları mütəmadi olaraq mal və materiallarla təmin edir. Əməkdaşlıq etdiyimiz hər bir sektorda fəaliyyət göstərən müştəriyə yüksək keyfiyyətdə xidmətin göstərilməsi üçün və ölkə bazarında qazandığımız etibarın daha da artırılması üçün təmin etdiyimiz hər bir məhsulun keyfiyyətinə zəmanət verir və avadanlıqların servisini operativ şəkildə hə- yata keçiririk. Bununlada sizin etimadınızı daha çox qazanaraq , sizinlə da-ha uğurlu əməkdaşlıq etməyə səy göstəririk.
Əlaqə vasitələri:
Satış üzrə təqdimatçı
Əsas vəzifələr:
- Mağazada çilçıraq və digər işıqlandırma məhsullarının təqdimatı və satışı;
- Müştərilərə məhsullar haqqında məlumat vermək, ehtiyaclarını düzgün müəyyənləşdirmək;
- Mağazadakı məhsulların səliqəli düzülüşünə və vitrinin görünüşünə nəzarət;
- Sosial şəbəkə üçün məhsulların foto və video çəkilişlərində iştirak etmək;
- Mağaza üçün satış yönümlü Reels videoların hazırlanması;
- Canlı yayımlarda məhsulların təqdimatını aparmaq və izləyicilərlə ünsiyyət qurmaq;
- Zərurət olduqda məhsul haqqında sadə izahlı mətnlər oxumaq və ya təqdim etmək.
Namizədə dair tələblər:
- 20–30 yaş arası xoş görünüşlü və səliqəli xanım;
- Səlis və düzgün nitq qabiliyyəti;
- Gülərüz, ünsiyyətcil və nəzakətli davranış;
- Kamera qarşısında sərbəst olmaq, özünü ifadə etmə bacarığı;
- Satış sahəsində təcrübə üstünlükdür;
- Komandada işləməyə açıq və öyrənməyə maraqlı;
- Estetik zövq və təqdimat bacarığına malik olmaq;
- Kreativ düşüncə, təşəbbüskarlıq, ünsiyyət bacarığı;
- Instagram, Facebook, TikTok platformalarında təcrübə üstünlükdür
İş şəraiti:
- İş saatı: Həftənin 6 günü, 1 gün istirahət;
- Əmək haqqı: 800 AZN+ bonus