Amper Elektrik

Şirkət haqqında:
“Amper” MMC bir çox sferada istər elektrik materialları, istər mexanik avadanlıq və alətlər, istərsə də inşaat materialları sahəsində Azərbaycanın bir çox qabaqcıl inşaat şirkətləri, zavod, fabrik, servis və ticarət mərkəzləri ilə əməkdaşlıq edir, onları mütəmadi olaraq mal və materiallarla təmin edir. Əməkdaşlıq etdiyimiz hər bir sektorda fəaliyyət göstərən müştəriyə yüksək keyfiyyətdə xidmətin göstərilməsi üçün və ölkə bazarında qazandığımız etibarın daha da artırılması üçün təmin etdiyimiz hər bir məhsulun keyfiyyətinə zəmanət verir və avadanlıqların servisini operativ şəkildə hə- yata keçiririk. Bununlada sizin etimadınızı daha çox qazanaraq , sizinlə da-ha uğurlu əməkdaşlıq etməyə səy göstəririk.
Əlaqə vasitələri:
Hüquqşünas
Əsas vəzifələr:
- Şirkətin fəaliyyətinə dair hüquqi sənədlərin hazırlanması və hüquqi ekspertizası
- Müqavilələrin tərtibi, təhlili və müşayiət olunması
- Dövlət orqanları ilə hüquqi yazışmaların və prosedurların icrası
- Məhkəmə və digər hüquqi instansiyalarda şirkətin təmsil olunması üçün vəkillə əməkdaşlıq
- Hüquqi risklərin qiymətləndirilməsi və onların azaldılması üzrə tədbirlərin görülməsi
- Tenderlə bağlı bank təminatlarına müraciət
Namizədə dair tələblər:
- Ali hüquq təhsili
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
- Mülki, əmək, vergi və inzibati hüquq sahələrində biliklər
- Məhkəmə işlərində təcrübə
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət
- MS Office proqramlarında işləmək bacarığı
İş şəraiti:
- Həftə içi: 5 iş günü (Bazar ertəsi – Cümə)
- İş saatları: 09:00 – 18:00
- Əmək haqqı 1000 AZN ( NET)