Synergy Partnership

Şirkət haqqında:
14 ildir ki, fəaliyyət göstərən “Synergy Partnership” 360 dərəcə kommunikasiya xidmətləri təklif edir. Strateji kommunikasiyalar, PR, Marketinq, SMM, tədbirlərin təşkili sahəsində ölkənin qabaqcıl şirkətlərinin tərəfdaşıdır.
Əlaqə vasitələri:
TikTok Meneceri
Synergy Partnership olaraq, TikTok platformasında brendimizin uğurla inkişafını təmin edəcək *TikTok Meneceri* axtarırıq. Əgər TikTok alqoritminə bələd olan, yaradıcı məzmun hazırlama bacarığına sahib, izləyicilərlə sıx əlaqə qurmağı sevən və sosial media dünyasında yenilikləri izləyən birisinizsə, sizi komandamıza dəvət edirik!
Vəzifələr:
- TikTok platformasında yerli bloggerlərlə əlaqələr qurmaq və əməkdaşlıq etmək.
- TikTok alqoritminə uyğun şəkildə məzmun hazırlamaq və yayımlamaq.
- Yaradıcı və diqqət çəkən videoların çəkilişi və editlənməsini icra etmək.
- TikTok’un yenilikləri ilə gündəlik olaraq ayaqlaşmaq və brend üçün uyğun strategiyalar hazırlamaq.
- Yenilikçi və yaradıcı məzmun ideyaları ilə izləyiciləri cəlb etmək.
- İzləyicilərlə davamlı əlaqədə olmaq, şərhlərə və mesajlara vaxtında cavab vermək.
- İzləyicilərlə interaktiv əlaqə qurmaq üçün sorğular, anketlər, canlı yayımlar kimi funksiyalardan istifadə etmək.
- İzləyici statistikalarını izləmək və məzmunun performansını təhlil edərək inkişaf strategiyaları yaratmaq.
- Təşkilatçılıq bacarıqları, vaxtın düzgün idarə olunması və müstəqil işləmə qabiliyyəti göstərmək.
Tələblər:
- TikTok platformasında iş təcrübəsi və trendləri izləmə bacarığı.
- Video çəkilişi, montaj və redaktə etmə bacarıqları.
- Yaradıcı düşünmə qabiliyyəti və orijinal məzmun hazırlamaq bacarığı.
- Sosial media menecmenti sahəsində təcrübə və anlayış.
- Yüksək ünsiyyət və təşkilatçılıq bacarıqları.
- TikTok alqoritmi, video effektləri və musiqi ilə bağlı biliklər.
Təklif Edirik:
- Yaradıcı və dinamik bir komandada çalışma imkanı.
- Peşəkar inkişaf üçün geniş imkanlar.
- Uyğun əmək haqqı və əlavə benefitlər.
Əgər bu vəzifə sizin üçün uyğun bir iş imkanını təmsil edirsə, CV və TikTok portfolionuzu bizimlə bölüşmək üçün müraciət edin.