Unicapital

Şirkət haqqında:
Nizamnamə kapitalı 100%-lik Unibank KB ASC-yə məxsus olan Unicapital İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan bir şirkətdir və hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir.
15 may 2015-ci il tarixində qiymətli kağızlar bazarında yeni qanun qüvvəyə mindikdən sonra, Unicapital 8 yanvar 2016-ci ildə investisiya xidmətlərinin göstərilməsi üçün müddətsiz lisenziya əldə edib
Əlaqə vasitələri:
Hüquqşünas
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin adından bağlanması nəzərdə tutulan müqavilələri (əlavə və dəyişikliklər daxil olmaqla) hazırlamaq, struktur bölmələrdən daxil olan sənədləri (müxtəlif növ müqavilələr, onların əlavələri, təhvil-təslim aktları) yoxlamaq və hüquqi ekspertizasını aparmaq;
- Cəmiyyətin fəaliyyəti ilə əlaqədar hazırlanması tələb olunan bütün növ sənədləri (əmr, qərar, qayda, akt, protokol) tərtib etmək;
- Cəmiyyətin struktur bölmələrindən daxil olan hüquqi uyğunluq məsələləri üzrə sorğuları cavablandırmaq;
- Cəmiyyətin fəaliyyətində meydana çıxan hüquqi məsələlərlə bağlı hüquqi rəy və qiymətləndirməni hazırlamaq, eləcə də qanunvericilikdə meydana çıxan ziddiyyətli məqamlarla bağlı müvafiq dövlət orqanlarına (qurumlarına) sorğular hazırlamaq;
- Şəxslərdən daxil olmuş şikayətlərin araşdırılması zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı rəylər vermək;
- Layihə şəklində daxil olan hüquqi aktlarlarla bağlı təkliflərin hazırlanmasında və rəy verilməsində iştirak etmək;
- Cəmiyyətin müştərilər, partnyorlar, nəzarət orqanları və digər şəxslərlə münasibətlərdə hüquqlarının və qanuni mənafelərinin müdafiəsinin təşkil edilməsində iştirak etmək;
- Qiymətli kağızlar bazarı haqqında, habelə əlaqəli qanunvericiliyə edilən əlavə və dəyişiklikləri mütəmadi olaraq izləmək;
- Vəzifəsinə uyğun olaraq bilavasitə rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Vəzifəyə dair tələblər:
- Hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə ali təhsil;
- İxtisası üzrə 1 ilədək iş təcrübəsi;
- Azərbaycan dili üzrə sərbəst bilik, o cümlədən peşəkar hüquqi yazı bacarığı;
- Yaxşı səviyyədə ingilis dili bilikləri;
- “Microsoft Office” proqramlarından sərbəst istifadə etmək bacarığı.