Oven Food Bakery

Şirkət haqqında:
“OVEN FOOD BAKERY” MMC çörək, qənnadı və qida məmulatlarının istehsalı və satışı ilə məşğuldur.
Əlaqə vasitələri:
İşə qəbul üzrə aparıcı mütəxəssis
Vəzifə öhdəlikləri:
- İşə qəbul prosesinin təşkili və həyata keçirilməsi;
- İşçi tələbinə əsasən müvafiq elanların hazırlanması, iş saytlarında, sosial şəbəkələrdə yerləşdirilməsi;
- Tərcümeyi-halların nəzərdən keçirilməsi, namizədlərin qısa siyahısının tərtib edilməsi və ilkin müsahibələrin aparılması;
- Müsahibə prosesinin təmin edilməsi üçün müsahibə dövrlərinin planlaşdırması və əlaqələndirməsi;
- Seçilmiş namizədlər üçün iş təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Əmək yarmarkalarında, işgüzar əlaqələrin qurulması üçün keçirilən tədbirlərdə iştirak və istedadların cəlb edilməsi ilə əlaqədar işəgötürənin brendinin yaradılmasının dəstəklənməsi;
- Kadr ehtiyat bazasının yaradılması və yenilənməsi.
Namizədə olan tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə)
- İnsan Resurslarının işə qəbul modulu haqda nəzəri və praktiki biliyə sahib olması;
- Azərbaycan dili əla, ingilis dili biliyi yaxşı səviyyədə;
- İşə qəbul üzrə 2-3 il iş təcrübəsi;
- Microsoft Office (Word/Excel/PowerPoint)
- Müsahibə aparmaq bacarığı;
- Namizədlərin cəlb edilməsi alətləri və metodları üzrə təcrübə;
- Güclü qərar qəbul etmə bacarığı.
İş şəraiti
- İş qrafiki: I-VI günlər;
- Əmək haqqı: Müsahibə zamanı razılaşmaya əsasən təyin olunacaq
- Korporativ nömrə: Şirkət tərəfindən təmin edilir.
- Servis xidməti: Şirkət tərəfindən təmin edilir;
- Ünvan: Bakı şəhəri, Balaxanı Sənaye Kompleksi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İşə qəbul üzrə aparıcı mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.