Baku Electronics

Şirkət haqqında:

Qurulduğumuz ilk gündən etimadınız üçün çalışdıq və artıq ölkəmizin elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biriyik.

1994-cü ildə Türkiyədə yerləşən “NAB Holdinq”-in bir parçası olaraq Azərbaycanda fəaliyyətə başladıq. “NAB Holdinq” başda pərakəndə satış olmaqla yanaşı, avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərir. Hazırda Respublika üzrə 24 mağazada 60-dan çox rəsmi distribütoru olduğumuz brendlərin satışını həyata keçiririk.

Müasir dünyanı, yenilikləri həyatınıza qatmaq üçün çıxdığımız bu yolda satışın sadəcə məhsul satmaqla məhdudlaşmadığını öyrəndik. Telefonlar, smarfonlar, qadjetlər, noutbuklar, kompüterlər, televizorlar, ev kinoteatrları, kiçik və böyük məişət texnikası, iqlim texnikası, oyun konsolları, velosiped və siqveylər, eləcə də tekstil, qab-qacaq, mebel, ev dekorları kimi 15.000-dən çox məhsul çeşidi ilə həyatınızın bir parçası olduq. İşinizi asanlaşdırıb, yenilikləri əlçatan etdiyimiz üçün qürurluyuq!

Əlaqə vasitələri:

Korporativ satış üzrə kiçik mütəxəssis

Baku Electronics –də “Korporativ satış şöbəsində” “Korporativ satış üzrə kiçik mütəxəssis” vəzifəsinə müraciət etməyə və peşəkar komandamızın bir üzvü olmağa dəvət edirik!

Vəzifə öhdəlikləri:

  • Müştərilərə xidmətlə bağlı ümumi işlərin təşkili və həyata keçirilməsi;
  • Müştərilərlə əlaqələrin effektiv idarə olunması, uzunmüddətli əməkdaşlığın qurulması;
  • Müştərilərin ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və digər şöbələrlə əməkdaşlıq edərək uyğun həll yollarının təklif edilməsi;
  • Təkliflərin hazırlanması, qiymət və endirim şərtlərinin müəyyən edilməsi və müştəriyə göndərilməsi;
  • Təkliflərin izlənilməsi, müştəri ilə razılaşdırılması və əsasən müqavilə sənədlərinin hazırlanması;
  • Logistika şöbəsi ilə əməkdaşlıq edərək çatdırılma müddətlərinin müəyyənləşdirilməsi və sifarişlərin yerləşdirilməsi;
  • Tender proseslərində iştirak üçün lazımi sənədləri və təklifləri hazırlamaq;
  • Gündəlik sorğulara (WhatsApp, e-poçt, zənglər) operativ cavab vermək və icra etmək;
  • Uyumsoft və digər daxili proqram təminatlarından istifadə edərək satış, çatdırılma və sənədləşmə proseslərini aparmaq;
  • Müqavilə, təklif və digər sənədlərin düzgün və vaxtında hazırlanması.

Tələblər:

  • İnkişafa meylli olmaq;
  • Təşəbbüskar olmaq;
  • Yüksək ünsiyyət və inandırma qabiliyyətli;
  • Dinamiklik və təqdimat bacarığı;
  • Korporativ müştərilərlə işləmə bacarığı;
  • Sahə üzrə ən azı 1 il təcrübəsi.

İş şəraiti:

  • İş yeri: Baş ofis
  • İş qrafiki: 5 günlük, 09:00-18:00
  • Əmək haqqı: müsahibə əsasında

Müraciət et dütyməsində qeyd olunan linkə daxil olub qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Müraciət edin

Xəyalındakı işi umano.az ilə tap