Xezer Deniz Service MMC
Anbardar köməkçisi
Tələblər
- Təhsili: Orta təhsil
- Dil bilikləri: Azərbaycan dili
- Kompüter bilikləri: MS Office, MS Outlook
- Müvafiq vəzifə üzrə təcrübə: 2 il
Vəzifə öhdəlikləri:
- Təchizatçıdan gələn malların qəbul edilməsi.
- Məhsulun növü, miqdarı və keyfiyyətinin yoxlanması.
- Qəbul edilən məhsulların sənədləşdirilməsi və inventar kartlarına əlavə edilməsi.
- Məhsulların düzgün şəkildə anbara yerləşdirilməsi.
- Malların çeşidinə görə təsnif edilməsi.
- Anbarın təşkilatlanması və məhsulların asanlıqla tapılması üçün müvafiq işlərin görülməsi.
- Anbarın mövcud inventar vəziyyətinin izlənməsi.
- Məhsulların miqdarı barədə məlumatın dəqiq olması üçün müntəzəm sayımların aparılması.
- Anbardakı məhsul stokunun tamlığı və düzgünlüyünün təmin edilməsi.
- Müvafiq əməliyyatlara əsasən məhsulların müştəriyə və ya digər bölmələrə göndərilməsi.
- Göndərilmə əməliyyatlarının düzgün şəkildə sənədləşdirilməsi.
- Yola salınacaq məhsulların düzgün qablaşdırılması.
- Anbarın hər zaman təmiz və səliqəli saxlanılması.
- Məhsul və avadanlıqların təhlükəsizliyinin təmin edilməsi.
- Anbarda baş verən əməliyyatların sənədləşdirilməsi.
- Anbarın dövri hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Anbardakı məhsulların təhlükəsiz saxlanılması və daşınması.
- İşçilərin iş zamanı təhlükəsizlik qaydalarına riayət etməsinin təmin edilməsi.
İş şəraiti
- İş qrafiki: Həftə içi Vgün, istirahət günləri: şənbə və bazar
- İş saatları: 09:00 - 18:00
- Əmək haqqı: 500-800 azn (namizədin səriştəsinə əsasına təyin olunacaqdır)