Maxofset

Şirkət haqqında:
MAXOFSET şirkəti Azərbaycanın nəşriyyat bazarında 2008-ci ildən fəaliyyət göstərir
Bunun nəticəsi kimi, öz işinin əsl peşəkarı olan böyük mehriban kollektiv formalaşıb. Bu komandanın işi və məhsulların yüksək keyfiyyəti sayəsində Maxofset şirkəti artıq uzun illərdir ki, nəşriyyat sahəsində müvəffəqiyyətli liderdir. Bizə yüksək keyfiyyət və təkrarolunmaz servisə görə etibar edirlər.
Düzgün qoyulmuş iş və peşəkar menecerlər bizim nəşriyyatla əməkdaşlığı rahat və praktik edirlər. Bir dəfə Maxofset şirkətinin məhsul və xidmətlərini qiymətləndirən sifarişçi,daha sonra bizim daimi müştərimizə çevrilir.
Müətxəssislərin yüksək peşəkarlıq səviyyəsi və istehsalın avtomatlaşması müxtəlif çətinlikli dizayn, çap və çapsonrası əməliyyat sifarişlərinin vaxtlı-vaxtında yerinə yetirilməsinin təminatıdır.
Çap xidmtləri ilə yanaşı şirkətimizin kreativ şöbəsi müştərilərimizə unikal dizaynın hazırlanmasını da təklif edir.
Bizim nəşriyyatımız hər zaman əməkdaşlıq üçün açıqdır və yeni texnologiyaları öyrənməyə və tətbiq etməyə hazırdır. Biz hər zaman daimi və potensial müştərilərimizlə uzunmüddətli və qarşılıqlı səmərəli əməkdaşlığın əldə olunmasına məmnunuq.
Əlaqə vasitələri:
Səhifələyici Dizayner (Верстальщик/ Layout designer)
İş yeri: Maxofset mətbəəsi (Koroğlu m. yaxınlığı Atəşgah darirəsi. (Hava limanı yolunun üstündə)
Namizədə tələblər:
- Adobe (İndesign, Photoshop, İllustrator) yaxşı səviyyədə işləmə bacarığı
- Kreativ və yaradıcı yanaşma
- Ünsiyyətcil, dinamik və komandada işləmə bacarığı
- İşi vaxtında təhvil vermək
İş barədə məlumat:
- Mətbəə məhsullarının (kitab, kataloq, jurnal, buklet, liflet, flayer, poster və s.) dizayn edilməsi, səhifələnməsi və çapa hazırlanması
- Müştərilərlə işləmə bacarığı
- İşlərin daha effektiv həyata keçirilməsinə dair təkliflərin irəli sürülməsi
Maxofset komandasına qoşularaq nə əldə edəcəksiniz:
- Peşəkar, mehriban komandada iş
- Daimi özünü inkişaf etdirməsi üçün dərslər və treyninqlər
- Etibarlı şirkətdə karyera qurmaq imkanları
- İş perspektivi və maaş artımı
İş şəraiti:
- Əmək haqqı razılaşma yolu ilə (1300-1500 azn) + Bonuslar
- İş rejimi 5 günlük (şənbə günü qısa gün)
- İş qrafiki 09:00-dan 18:00-dək