Ideovate Consulting
Şirkət haqqında:
Maliyyə xidmətləri sahəsində yardımçı xidmət göstəririk.
Əlaqə vasitələri:
İnsan resursları üzrə kiçik mütəxəssis
İş şəraiti:
- İş rejimi və iş vaxtı: 5 günlük / 09:00-dan-18:00-dək
- Əmək haqqı: 500 manat
Vəzifə öhdəlikləri:
- ƏMAS ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
- İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
- Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Aylıq iş vaxtının uçotu cədvəllərini hazırlamaq;
- Şirkətin(Şirkətlərin) sənəd dövriyyəsinin qanunvericiliyə uyğun aparılmasını təmin etmək;
- Şöbə rəhbərinin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi;
Namizədə tələblər:
- Ali təhsilli;
- Yaş məhdudiyyəti: 25-35 arası
- Azərbaycan dilində mükəmməl (rus dili biliyi üstünlükdür);
- Azərbaycan Respublikası Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;
- Problemləri həll etmə bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik, etibarlılıq, stressə davamlılıq və operativlik kimi müsbət göstəricilərə sahib olmaq;
- Analitik təhlil bacarığı;
- Düzgün danışıq bacarığı;
Maraqlananlar CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına 13.05.2025-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində “İR üzrə kiçik mütəxəssis” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.