Müştəri ödənişləri və yığım üzrə mütəxəssis
Vəzifələr və məsuliyyətlər:
- Gecikmiş ödənişləri gündəlik olaraq sistem üzərindən izləmək.
- Problemli kreditlərin təhlilini aparmaq və prioritet siyahı tərtib etmək.
- Borclularla telefon, SMS, e-mail və digər vasitələrlə əlaqə qurmaq.
- Müştəriyə borcun məbləği, gecikmə müddəti və mümkün nəticələri barədə məlumat vermək.
- Borclunun imkanlarına uyğun olaraq ödəniş planları təklif etmək.
- Müvəqqəti güzəşt, təxirə salma və ya restrukturizasiya üçün ilkin danışıqlar aparmaq.
- Borcun ödənilməməsi halında xəbərdarlıq məktublarını hazırlamaq və göndərmək.
- Toplanan və toplanmayan borclar üzrə statistikanı rəhbərliyə təqdim etmək.
- Müştərilərlə ünsiyyətdə etik davranış qaydalarına riayət etmək.
- Müştəri məlumatlarını gizli saxlamaq və şirkət siyasətinə uyğun istifadə etmək.
- Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması.
- Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi.
Tələb edilən bacarıqlar və təhsil:
- Ali təhsil (iqtisadiyyat, hüquq, maliyyə sahəsində üstünlükdür).
- Kredit sahəsində və ya müştəri xidməti üzrə minimum 1-2 il iş təcrübəsi (üstünlükdür).
- Effektiv ünsiyyət və inandırma bacarığı.
- Təzyiq altında işləmə və etirazlarla peşəkar davranış.
- Problemlərin həlli üzərində işləmək bacarığı.
- Microsoft Office proqramları üzrə biliklər.
- 1C proqramında işləmə - mütləqdir.
- AKB CONVERTOR XML üzrə yığımı bilməli.
- Məlumat bazası ilə işləmə bacarığı.
- Məsuliyyətli, ünsiyyətcil, təşəbbüskar.
- Komandada işləmək bacarığı.
- Sənədlərlə işləmək bacarığı (Sənəd dövriyyəsinin düzgün aparılması).
İş şəraiti:
- Əmək haqqı: Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək;
- İş qrafiki: 6 günlük iş qrafiki (şənbə günü online). İstirahət günü: bazar.
- İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.