Mühasib
Əsas tələblər
- İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil; minimum 1 il iş təcrübəsi;
- MS Office və 1C, Mühasibat müxabirləşmələrini və uçot əməliyyatlarını bilmək, Yaş həddi: 20-40, Kişi namizədlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri
- İstehsal prosesinin 1 c proqramına işlənməsi ( anbardan istehsala silinmə, mağazalara göndərilən malların uçotu, mağazadan qayıdan malların uçotu, satış statistikasının alıcılardan alınıb məlumat bazasına işlənməsi);
- Həftəlik rəhbərliyə istehsal, geriqaytarma və satış barədə hesabat təqdim edilməsi;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi, internet banking-də işləmə bacarığı və məlumat bazasına çıxarışların işlənməsi;
- E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi. Daxil olan e-qaimələrə nəzarət, alıcılar və malsatanlarla hesablaşmalara nəzarət;
- Vergi hesabatlarının – (Mənfəət,Ədv, Ömv, Vahid) hazırlanıb göndərilməsi
- Statistika hesabatlarının hazırlanıb göndərilməsi
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
İş qrafiki:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- Bazar ertəsi - Şənbə saat 11:00 – 19:00 dək; Şənbə günləri 12:00 – 18:00
- Nahar fasiləsi: 13:00-14:00
- Əmək haqqı: 1500 Azn
Ünvan: AZ1026, Bakı şəhəri, Xətai rayonu, 1-ci Dairəvi küçə, N.Rəfiyev kəsişməsi (Babək plazanın yanı, Bravo market ilə üzbəüz)