Abşeron Logistika Mərkəzi

Şirkət haqqında:
Abşeron Logistika Mərkəzi Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. 65,7 ha ərazini əhatə edən mərkəzdə beynəlxalq daşımalar, gömrük, broker, terminal, anbar, qapıdan-qapıya və 3PL xidmətləri göstərilir. Mərkəzdə yaradılmış “bir pəncərə” sistemi və ərazisində “Abşeron” gömrük postunun yerləşməsi sahibkarlar üçün şəffaf şəraitin yaradılması, rahatlığın təmin edilməsinə zəmin yaradır. Mərkəz ISO 45001:2018, ISO 14001:2015 və ISO 9001:2015 beynəlxalq sertifikatlarına sahibdir.
Əlaqə vasitələri:
Rəngsaz / Malyar
Ümumi vəzifə öhdəlikləri:
- Verilən layihə üzrə metalın təmizlənməsi və boyanması;
- Boyanmış hissələrin keyfiyyətinə birbaşa cavabdeh olmalı;
- Verilmiş planın yerinə yetirilməsinə nəzarət etməli;
- İstismarında olan əraziyə nəzarət etməli;
Namizədə qarşı tələblər:
- Ali təhsil və ya orta təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Boyama prosesində istifadə edilən avadanlıqların istifadə qaydalarını bilməli;
- Boya kodları və tərkibləri haqqında ümumi məlumatı olmalı;
- Yağlı boya ilə işləmək bacarığı ;
- Su əsaslı (emulsiya) boya ilə işləmə bacarığı.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.