Xırman

Şirkət haqqında:
"Xırman" şirkəti 1997-ci ildən Azərbaycan Respublikasının qida sənayesi sektorunda fəaliyyət göstərir.
Un, yağ, süd məhsulları və çörək məmulatları istehsal edən Xırman şirkəti 1997-ci ildən Azərbaycanın qida sektorunda fəaliyyət göstərir. Şirkətimizin istehsal sahələri olan Dəyirman, Çörək və Süd zavodlarında yüksək keyfiyyətli gündəlik qida məhsulları təbii xammallarla, beynəlxalq və yerli standartlar əsasında istehsal olunur. Məhsullarımız Azərbaycan ilə yanaşı Türkiyə, İran və Gürcüstan bazarına da ixrac olunur
Əlaqə vasitələri:
SMM menecer
Əsas vəzifələr:
- Qaymaq və BumBuz brendlərinin Instagram və TikTok hesablarının idarə olunması
- Kontentin hazırlanması, adaptasiyası və paylaşılması
- Şərhlərə və direct mesajlara gündəlik cavab verilməsi
- Sorğular, reaksiyalar və digər interaktiv üsullarla izləyici cəlbi
- Rus və Azərbaycancan dilində post, storilər, Reelslər
- Blogerlər və influenserlərlə əməkdaşlığın təşkili və koordinasiyası
- Sosial media analitikalarının aparılması və hesabatların hazırlanması
- Aksiyalar və marketinq kampaniyalarının sosial şəbəkələrdə dəstəklənməsi
Tələblər:
- Mobil çəkiliş bacarığı (məhsul, kadrarxası, storilər)
- CapCut, Canva və ya oxşar alətlərlə işləmə təcrübəsi
- TikTok platforması üzrə bilik və təcrübə
- Yaradıcı düşüncə, çeviklik və müstəqil işləmək bacarığı
- Rus dili mükəmməl
İş qrafiki:
- Qismən sərbəst qrafik:
- Paylaşımlar, tərcümələr və hesabatlar zamanı müəyyən tapşırıqları sərbəst planlama imkanı
- Həftədə 6 gün aktivlik nəzarəti (istirahət günləri də daxil olmaqla qısa növbələr)
- Direkt və storilərdə cavab müddəti: 1–2 saat (iş saatları ərzində)
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir