Mühasib-kreditor
Vəzifə təlimatı:
- Müvafiq daxili prosedur və standartların, maliyyə-uçot siyasətinin qanunvericiliyə uyğun olaraq qurulmasında və qiymətləndirilməsində (nəzarətində) iştirak etmək;
- Qanunvericiliyə və Vergi Məcəlləsinə uyğun olaraq müəssisədə aparılan vergi uçotuna nəzarət;
- Aylıq,rüblük,illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
- Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks olunmasını təmin edilməsi;
- Hesabat üçün məlumatların hazırlaması, mühasibat sənədlərinin qorunmasına nəzarətin edilməsi;
- Daxil olan qaimələrin, aktların, hesab-fakturaların qəbul olunması, yoxlanılması və saxlanılması.
- Yaranan uyğunsuzluqların həll edilməsi;
- Kreditorlar üzrə gündəlik hesabatların hazırlanması və mühasibatlıq proqramına işlənilməsi;
- Müqavilələrdə kreditor bölümünə aid olan maddələrə baxır və lazım olan rekvizitləri daxil edir və müvafiq proqrama müqavilənin şərtlərini daxil edir;
- Lazım gələrsə mühasibatlıq üzrə digər əməliyyatların aparılması üçün komandaya dəstək olmaq;
- Rəhbərliyin ayrı-ayrı xidməti tapşırıqlarının yerinə yetiririlməsi;
Tələblər
- Kreditor Uçotu yaxşı bilməli
- Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilməli;
- Əməkhaqqı / məzuniyyət və s hesablanması
- Rəsmi aylıq rüblük illik - Hesabatlar / DSMF / ÖMV / Mənfəət / Əmlak, ƏDV bəyannamələri,
- MS Office bilməlidir. Günəş, Opera, MC proqramlarının bilikləri üstünlükdür.
- Qonaqpərvərlik və restoran sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir;
Şərtlər:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı: Razılaşma əsasında
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Mühasib-kreditor” qeyd etməyiniz xahiş olunur