PASHA Technology

Şirkət haqqında:

“PASHA Technology” Limited Liability Company (PASHA Technology) was established in 2018 as an IT Service Provider.

Əlaqə vasitələri:

Sayt etibarlılığı üzrə mühəndis

Əsas öhdəliklər:

  • Proqram təminatı ilə bağlı problemlərin təhlil edilməsi, təməl səbəblərin müəyyənləşdirilməsi və müvafiq həllərin tətbiq olunaraq aradan qaldırılması.
  • Proqram təminatının performansına təsir edən şəbəkə yığını ilə bağlı problemlərin diaqnostikası və aradan qaldırılması.
  • Sistem əməliyyatlarının idarə olunması və səmərəliliyinin artırılması məqsədilə tapşırıqların avtomatlaşdırılması üçün mürəkkəb Bash skriptlərinin hazırlanması.
  • Layihə tələblərinə uyğun olaraq mövcud Bash skriptlərinin dəstəklənməsi, yenilənməsi və təkmilləşdirilməsi.
  • Proqram təminatının əməliyyat sistemi üzərində fəaliyyəti, o cümlədən proseslərin idarə olunması və sistem resurslarının bölüşdürülməsi sahəsində bilik sahibi olması.
  • Proqram təminatının tərtibatı və yığılması prosesində iştirak, tətbiqlərin düzgün və etibarlı şəkildə yığılmasının təmin edilməsi.
  • Proqram təminatına yeni funksionallıqlar və təkmilləşdirmələr əlavə etmək məqsədilə komanda üzvləri ilə effektiv əməkdaşlığın təmin edilməsi.
  • Docker konteynerləri və Kubernetes klasterlərində tətbiqlərin layihələndirilməsi, yerləşdirilməsi və idarə olunması üzrə aidiyyəti komanda ilə əməkdaşlığın təmin edilməsi.
  • Tərtibat və yerləşdirmə proseslərinin optimallaşdırılması üçün CI/CD proseslərinə dəstək göstərilməsi.
  • Kubernetes mühitində tətbiqlərin performans və etibarlılığının monitorinqi və onların aktual vəziyyətdə saxlanmasına dair dəstək verilməsi.
  • Konteyner texnologiyaları və uzlaşdırma (orchestration) sahəsində yeni texnologiyalar və qabaqcıl təcrübələr barədə daim məlumatlı olması.

Tələb olunan bilik və bacarıqlar:                

Təhsil:

  • Kompüter elmləri və ya digər əlaqəli sahədə bakalavr təhsili, yaxud buna bərabər tutulan istənilən digər iş təcrübəsi.

Tələb olunan bilik , bacarıqlar və təcrübə:

  • Proqram təminatı ilə bağlı problemlərin təhlili, o cümlədən sazlama və performansın optimallaşdırılmasında güclü bacarıqlar.
  • Bağlantı və performans problemlərini diaqnostika etmək üçün şəbəkə protokollarına dair dərin biliklər və şəbəkə yığınını təhlil etmək bacarığı.
  • Tapşırıqların avtomatlaşdırılması və iş proseslərinin optimallaşdırılması məqsədilə müxtəlif Bash skriptlərinin hazırlanması bacarığı.
  • Yeni tələblərin qarşılanması və səmərəliliyin artırılması üçün mövcud skriptlərin yenidən qurulması və təkmilləşdirilməsi sahəsində təcrübə.
  • Proseslər və sistem zəngləri üzrə biliklər də daxil olmaqla, proqram təminatının əməliyyat sistemi daxilində necə işlədiyini dərindən bilməlidir.
  • Yığım sistemləri və versiya nəzarəti alətləri ilə tanışlıq da daxil olmaqla, proqram təminatının hazırlanması və yığılması proseslərinə dair əsas biliklərə malik olmalıdır.
  • Kubernetes arxitekturası, o cümlədən qovşaqlar, podlar, yerləşdirmələr, və servislər haqda biliklər.
  • Nəzarət müstəvisi komponentləri (API server, etcd, nəzarətçi menecer, planlaşdırıcı) və hesablama qovşağı komponentləri (kubelet, kube-proxy) haqqında biliklər.
  • Linux mühitində iş təcrübəsi (tərtibatçılıq və/və yaxud inzibatçılıq).
  • KVM (Libvirt) kimi virtuallaşdırma texnologiyaları haqda biliklər.
  • Komandada sıx əməkdaşlıq şəraitində işləmək və həmkarları ilə effektiv kommunikasiya qurmaq bacarığı:
  • Aşağıdakı dillərdən birində müəkəmməl proqramlaşdırma bacarığı: 
  • Golang (tərcih olunandır)
  • Python 
  • Azərbaycan, Rus və İngilis dilində səlis danışıq

Arzuolunandır:

  • Versiyalara nəzarət sistemləri ilə iş təcrübəsi (məsələn, Git).
  • Konteynerləşdirmə texnologiyalarına dair biliklər (məsələn, Docker).
  • Bulud xidmətləri haqqında təməl biliklər (məsələn, AWS, GCP, Azure) üstünlükdür.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap