PASHA Technology

Şirkət haqqında:
“PASHA Technology” Limited Liability Company (PASHA Technology) was established in 2018 as an IT Service Provider.
Əlaqə vasitələri:
Proqram təminatı üzrə mühəndis
Əsas öhdəliklər:
- Go proqramlaşdırma dilindən istifadə etməklə yüksək səviyyəli tətbiqləri hazırlanmaq, test etmək və aktuallığını qorunmaq.
- RESTful API servislərini və mikroservislərini hazırlanmaq və onların aktuallığını qorumaq.
- Proqram təminatı və infrastrukturla bağlı mürəkkəb problemlərin diaqnostikasını etmək, aradan qaldırılmaq və həll etmək.
- Linux mühitində mürəkkəb Bash skriptləri yazmaq və icrasını təmin etmək.
- Yeni funksiyaları müəyyənləşdirmək, layihələndirmək və tətbiqi məqsədilə çarpaz funksional komandalarla əməkdaşlıq etmək.
- Tətbiqlərin performansını optimallaşdırılmaq və mövcud proqram təminatında yaranan problemləri həll etmək.
- Texniki sənədləşməni tam şəkildə tərtib etmək və onun mütəmadi aparılmasına nəzarət etmək.
Tələb olunan bilik və bacarıqlar:
Təhsil:
- Kompüter elmləri, proqram mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi (və ya ekvivalent iş təcrübəsi)
- Proqram təminatının hazırlanması və texniki problemlərin aradan qaldırılması sahəsində sübut olunmuş təcrübə.
Tələb olunan bilik, bacarıqlar və təcrübə:
- Proqram təminatında ortaya çıxan problemləri peşəkar səviyyədə təhlil etmə bacarığı.
- Şəbəkə yığını və onun diaqnostikasına dair dərin biliklər.
- Golang dilinin qourutinlər, kanallar, interfeyslər, xətaların işlənməsi və paketlərin idarə olunması kimi əsas anlayışları üzrə dərin bilik və tətbiqetmə bacarığı.
- Təmiz kod prinsiplərinə əsaslanaraq və qabaqcıl təcrübələrdən istifadə etməklə, Golang dilində etibarlı, miqyaslana bilən və yüksək performanslı backend servislərinin yaradılması təcrübəsi.
- Go çərçivələrindən istifadə etməklə modul əsaslı, inteqrasiya olunmuş və ucdan-uca testlərin yazılması bacarığı.
- RESTful API-lər, gRPC servisləri və mikroservis arxitekturası üzrə, o cümlədən API versiyalaşdırılması, autentifikasiya və xətaların idarə olunması sahəsində praktiki təcrübə.
- Texniki sənədlərin hazırlanması sahəsində təcrübə.
- Problemlərin həll edilməsi, tətbiqlərin sazlanması və performansın optimallaşdırılması bacarığı.
- Komandada sıx əməkdaşlıq şəraitində işləmək və həmkarları ilə effektiv kommunikasiya qurmaq bacarığı.
- Linux mühitlərində iş təcrübəsi.
- KVM (libvirt) və oVirt virtuallaşdırma texnologiyaları üzrə biliklər.
- Mürəkkəb Bash skriptlərin hazırlanması bacarığı.
- Mövcud Bash skriptlərini dəstəkləmək və tamamlamaq bacarığı.
- Proqram təminatının əməliyyat sistemi mühitində necə işlədiyinə dair dərin biliklər.
- Proqram təminatının kompilyasiyası və yığılması prosesləri üzrə biliklər.
- Azərbaycan dili (Vacib): Azərbaycan dilini mükəmməl bilmək bu vəzifə üçün mütləqdir. Namizəd həm yazılı, həm də şifahi şəkildə effektiv ünsiyyət qura bilməlidir, çünki Azərbaycan dili sənədləşmə, komanda ilə ünsiyyət və müştərilərlə qarşılıqlı əlaqə üçün istifadə olunan əsas dildir.
- İngilis və rus dilləri: İngilis və rus dillərini bilmək arzuolunandır. Ciddi şəkildə tələb olunmasa da, ingilis və rus dillərində ünsiyyət qurmaq bacarığına üstünlük verilir.
Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.