Azərbaycan Respublikasının Mərkəzi Bankı

Şirkət haqqında:
Azərbaycan Respublikasının Milli Bankı “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılmışdır. “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Milli Bankı” “Azərbaycan Respublikasının Mərkəzi Bankı” adlandırılmışdır. Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi Qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir. Əsas məqsədinə xələl gətirmədən Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarla müəyyən edilmiş səlahiyyətlər daxilində maliyyə sabitliyini təmin edir.
Əlaqə vasitələri:
Aparıcı sistem inzibatçısı (Microsoft)
ƏSAS VƏZİFƏ FUNKSİYALARI:
- Departamentin əməliyyat planına müvafiq olaraq bölmənin vəzifələrinə dair hədəflərin yerinə yetirilməsində iştirak edir;
- Microsoft tipli ƏS-nin quraşdırılması, sazlanması və idarə edilməsi, davamlı və dayanıqlı fəaliyyətini təmin edir;
- İnformasiya texnologiyaları infrastrukturunun server və digər aparat təminatının quraşdırılması, sazlanması və idarə edilməsi, davamlı və dayanıqlı fəaliyyətini təmin edir;
- İnformasiya sistemlərinin fiziki və məntiqi topologiyasının hazırlanmasında iştirak edir;
- İnformasiya texnologiyaları infrastrukturunun server və digər aparat təminatının, əməliyyat sistemlərinin, virtualizasiya sistemlərinin, verilənlər bazasının, istifadəçi kompüterlərinin, proqram təminatlarının Yenilənmə siyasətinə uyğun olaraq yenilənməsini təmin edir;
- İnfrastruktur komponentlərinin, əməliyyat sistemləri və verilənlər bazasının daimi monitorinqi və yaranan problemlərin aradan qaldırılmasını təmin edir;
- Cavabdeh olduğu informasiya sistemlərində baş verən problemlərin analiz edilməsi və qarşısının alınmasını təmin edir;
- Ümumi infrastrukturun təkmilləşdirilməsi və inkişafı ilə bağlı əməliyyat sistemlərinin, proqram vasitələrinin və texniki avadanlıqların müəyyən edilməsində, habelə texniki sənədlərin hazırlanmasında iştirak edir;
- Cavabdeh olduğu informasiya sisteminin mövcud təlimatlara və istismar qaydalarına uyğun olaraq etibarlı və davamlı fəaliyyətini təmin edir;
- İnformasiya sistemlərinin fasiləsiz fəaliyətinin təmin edilməsi üçün Mərkəzi Bankın Ehtiyat Mərkəzində fövqəladə hallarda əməliyyatların davamlılığı və fəaliyyətin bərpası prosedurlarını təşkil edir;
- Cavabdeh olduğu informasiya sistemlərinin ehtiyat surətlərinin idarəedilməsi (backup/restore) işini təşkil edir;
- İnformasiya təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirir;
- Bölmənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
TƏLƏB OLUNAN BİLİKLƏR:
- Active directory
- WDS/ WSUS
- DFS/DFRS
- Exchange Server
- Sertifikat server
- Microsoft Configuration Manager
- ESXİ/ VCenter (əlavə üstünlük)
- Veeam backup (əlavə üstünlük)
- FileServer/PrintServer
- Domain controller
- Microsoft Azure
- Witness Server
- KMSServer
Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə 4 il iş təcrübəsi
- Azərbacan dili – yüksək səviyyədə
- İngilis dili – orta səviyyədə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.