MFX-Trading

Şirkət haqqında:
MFX-Trading İnvestisiya Şirkəti 2020-ci ildə açıq səhmdar cəmiyyəti şəklində təşkil olunmuş və Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq lisenziyası əsasında
fəaliyyət göstərir. Şirkətin fəaliyyəti Mərkəz Bank tərəfindən tənzimlənir və şirkət “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə investisiya
şirkətləri üçün təsbit olunmuş funksiyaları həyata keçirir. Buraya həm daxili, həm də xarici maliyyə bazarlarında qiymətli kağızların və bütün növ maliyyə alətlərinin alqı-
satqısı üzrə müştərilərə müvafiq xidmətlərin göstərməsi, portfel idarəetməsi, maliyyə məsləhətlərinin verilməsi, marja ticarəti xidmətlərinin təqdim edilməsi və digər maliyyə
xidmətlərinin həyata keçiriməsi daxildir.
Əlaqə vasitələri:
Hüquq üzrə təcrübəçi
Fəaliyyət istiqamətləri:
- Prosedurların hazırlanmasında iştirak;
- Hüquqi baza və normativ aktlar əsasında təhlillərin aparılması;
- Hüquqi proseslərin idarə edilməsində istifadə edilən daxili sistemlərdə işləmək.
Namizədə tələblər:
- Ali Huquqi təhsil (DİM İmtahanından yüksək keçid balı üstünlükdür);
- İngilis və rus dili biliyi üstünlükdür;
- Diqqətli, çalışqan, həvəsli.
İş şəraiti
- İş qrafiki: Həftə içi 5 gün saat 09:00-dan 18:00-dək.
- İş yeri ünvanı: Xətai Plaza.
Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd edilmiş e-poçt (e-mail) adresinə vakansiyanın adı qeyd olunmaqla göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.