TuranBank ASC

Şirkət haqqında:
TuranBank inkişaf edən peşəkar komandası ilə müştərilərinə beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli xidmət göstərən, cəmiyyətin sosial həyatında aktiv iştirak edən, investorlarının investisiyalarının dəyərinin artımını təmin edən dinamik inkişaf edən etibarlı və şəffaf bankdır.
Əlaqə vasitələri:
Rəqəmsal Bankçılıq və Kart Şöbəsinin Meneceri/ Şöbə müdiri
Vəzifəyə olan tələblər:
- Ali təhsil (iqtisadi təhsillilərə üstünlük verilir)
- Ən azı 4 il bank sferasında plastik kartlarda iş təcrübəsi
- İdarəetmə bacarıqları
- Ünsiyət və təqdimat bacarıqları
- Rus və İngilis dili bilikləri
Vəzifə üzrə başlıca öhdəliklər və məsuliyyətlər:
- Ödəniş sistemlərinin (MasterCard və VİSA) iş prinsipi haqqında biliklər
- Xərclərin (İnvoice) yoxlanılması və izlənməsi
- Kart emissiyasına və ekvayerinqinə (o cümlədən, elektron ekvayerinqinə) aid Ödəniş Sistemlərinin yeniliklərinin izlənməsi
- Mastercard Connect və VİSA access ilə işləmək bacarığı
- Əməkdaşların vəzifə təlimatlarının və öhdəliklərinin hazırlanması, vəzifə və öhdəliklərinin idarə edilməsi
- Plastik kartlar sahəsi üzrə yeni məhsulların hazırlanması və həyata keçirilməsində birbaşa iştirak və nəzarət edilməsi
- Plastik kart əməliyyatları üzrə bankdaxili təlim dərslərinin keçirilməsi
- Plastik kartlar və POS/ATM-lə aparılan əməliyyatlar nəzarət edilməsi
- Kart əməliyyatlarında yaranmış problemlərin araşdırılması və həlli
- Bank işini tənzimləyən qanunvericilik və Mərkəzi Bankın normativ sənədlərinin tələblərini və dəyişikləri daim nəzarətdə saxlamaq və işində rəhbər tutmaq
Vakansiyaya TuranBank ASC-nin Müraciət et düyməsində qeyd olunan linkə daxil olub “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.