AzəriMed QSC

Şirkət haqqında:
Azəri Med QSC Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. Biz xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s.ilə təmin edirik. Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün, böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik. Azəri Med QSC-nin sadə və aydın məqsədi var: insanlara daha yaxşı sağlamlıq yolunda kömək etmək.
Qlobal tərəfdaşlarımız və təcrübəli logistik komandamızın köməyi ilə müştərilərimizin ən yüksək keyfiyyət və sərfəli qiymətlərdən faydalanmasını təmin edirik. Həmçinin, tibbi tələblərin yerli, milli və beynəlxalq səviyyələrdə hər zaman vaxtında qarşılanmasına təminat veririk. Azəri Med QSC Roche Diagnostics, Pfizer Export B.V, Novartis Pharma Services AG, Medtronic Trading NL B.V, Sanofi-Aventis SPA, Nature’s Bounty və başqa dünyada tanınan istehsalçılar ilə əməkdaşlıq edir.
Milli apteklər zənciri ilə qabaqcıl müştəri-yönümlü sağlamlıq şirkəti olmaq kimi ortaq bir hədəf ətrafında birləşmişik. Dəyişən istehlakçı ehtiyaclarına əsaslanaraq inkişaf edir və 170-ə yaxın apteklərimiz sayəsində vətəndaşlarımıza olduqları hər yerdə xidmət göstəririk .
İnnovasiya və inkişaf, etibarlılıq, humanizm Azəri Med QSC-nin əsas dəyərləridir və məqsədimiz hər kəsin rahat şəkildə əldə edə biləcəyi yüksək keyfiyyətli yeni və çoxşaxəli tibbi məhsullar təklif etməkdir.
Əlaqə vasitələri:
Əczaçı
Tələblər:
- Təhsil: Tibb təhsili (Ali və ya orta ixtisas);
- Təcrübə: Müvafiq sahədə iş təcrübəsi üstünlükdür;
- Kompüter bilikləri: MS ofis proqramlarını (Word, Excel) orta səviyyədə bilməlidir;
- Ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı;
- Müştəri məmnuniyyəti.
Vəzifə öhdəlikləri:
- Müştərilərə məhsul seçimində köməklik göstərmək;
- Dərman preparatları və tibbi ləvazimatların satış prosesini həyata keçirmək;
- Aptekə daxil olan malları yoxlamaq, tərkiblərinə uyğun və tələb olunan qaydada yerləşdirmək;
- Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət yetirmək;
- Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək;
- Sifarişi dəqiq və vaxtında yerinə yetirmək.
İş şəraiti:
- İş qrafiki: Növbəli
- Əmək haqqı: 400-600 AZN. Bonus sistemi mövcuddur.
Ünvanlar: Nəsimi, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Qaradağ, Nizami, Sabunçu, Səbail, Suraxanı rayonları üzrə.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Əczaçı” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.