Baku Holiday Travel

Şirkət haqqında:

Baku Holiday Travel - aviabiletlər, daxili və xarici səyahət paketləri, biznes səfərləri, bal ayları, müalicə paketləri, viza dəstəyi, transfer kimi xidmətləri göstərən və 2013-cü ildən fəaliyyət  göstərən ən tanınmış turizm şirkətlərdən biridir. 

Əlaqə vasitələri:

SEO Mütəxəssisi

Vəzifə öhdəlikləri:

  • SEO strategiyasının hazırlanmasında iştirak və SEO fəaliyyətinin birbaşa icrasını təşkil etmək;
  • Veb səhifələrin auditi, SEO üçün uyğunluğunun analiz edilməsi;
  • Vebsayt və landing page-lərin məzmunlarının SEO optimallaşdırılması -  on-page, off-page və texniki SEO fəaliyyətlərinin həyata keçirilməsi, metadatların axtarış sistemlərinə uyğunluğunun təmin edilməsi;
  • Açar sözlərin araşdırılması, semantikanın təhlili, vebsayt məzmunlarında əks olunması;
  • Vebsayt mətnlərinin axtarış alqoritmlərinə uyğun strukturlaşdırılması, düzgün struktura uyğun mətnlərin yazılması;
  • Vebsaytların link strategiyaları, back-link analizlərinin həyata keçirilməsi. Səhifənin backlinklərinin sağlam olmasını, istifadəsinin asanlığını və yüklənmə sürətinin yüksək olmasını təmin etmək;
  • İndeksləməyə və saytın performansına mənfi təsir edən texniki problemləri aşkarlamaq və aradan qaldırmaq. Vebsaytların SEO yönümlü olması üçün developer komandaları ilə sıx əməkdaşlıq etmək;
  • Rəqib analizi və mövcud SEO imkanların dəyərləndirərək rəqamsal marketinqin effektivliyinə dəstək göstərmək;
  • SEO fəaliyyətinin düzgün təşkil edilməsi üçün bloq, vebsaytlar, məzmun yaradıcıları ilə olan işi koordinasiya etmək;
  • Google Analytics, Google Search Console, Semrush kimi alətlərdən istifadə edərək SEO performansının, eyni zamanda məzmunların effektivliyinin (CTR, istifadəçi davranışları, axtarış sistemlərindəki mövqelənmələr) monitorinqi, analizi və hesabatlılığı; 
  • SEO, alqoritmlər və bu sahədə olan ən son trendləri araşdırmaq və cari fəaliyyətə əks etdirmək;
  • Alqoritmlərlə iş və cari strategiyaların alqoritm yenilənmələrinə uyğunlaşdırılması.

Tələb olunan keyfiyyətlər:

  • SEO prosesi haqqında əsaslı biliklər (off-page və on-page fəaliyyətlər, açar sözlər, LSI, kontekstual və semantik uyğunluq);
  • Bu sahədə min. 2 il təcrübənin olması (Yandex.Wordstat, Google Keyword Planner, Serpstat). SEO-kopirayter təcrübəsi üstünlükdür;
  • Google Analytics, Google Search Console, Semrush kimi SEO alətləri haqqında əhatəli biliklərə sahib olmaq;
  • Məzmun idarəetməsi sistem və platformaları, vebsayt arxitekturası barədə məlumatlı olmaq; 
  • Azərbaycan və İngilis dillərini peşəkar səviyyədə bilmək (qrammatika, üslub, orfoqrafiya);
  • Analiz və hesabat bacarığı;
  • Planlı, dəqiq və punktual olmaq; 
  • Araşdırmaçı, öyrənməyə açıq, yaradıcı və innovativ xarakter;
  • Komandada işləmək bacarığı.

İş şəraiti:

  • İş qrafiki: I-V günlər,tam iş günü
  • Əmək haqqı: 1200(gross)
  • Ünvan: Xətai rayonu, Ağ şəhər, Fəvvarələr meydanı 1

Müraciət forması:

  • Əgər yuxarıda qeyd edilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, zəhmət olmasa CV-nizi  "Seo mütəxəssisi" başlığı ilə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərin.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap