Edu Company

Şirkət haqqında:
“EDU Company” Təhsil Şirkəti 5 Oktyabr 2013-cü ildə yaradılmışdır. Bu gün 10 filialda (Elmlər, Nizami, 28 May, Nərimanov, Neftçilər, Xalqlar, Xırdalan, Sumqayıt, Gəncə, Göyçay) fəaliyyətini davam etdirən “EDU Company” illərdir bütün xidmət sahələrini barabər şəkildə inkişaf etdirmişdir. Hər il, hər ay, hər gün durmadan inkişaf edən, xidmət keyfiyyətini daha da yüksəltməyə çalışan, tam fərqli tədris və idarəetmə sistemi ilə fəaliyyət göstərən şirkət, bundan sonra da böyük zövq və fəxrlə xalqının xidmətində olacaqdır.
Əlaqə vasitələri:
Menecer (Gəncə filialı)
Vəzifələr
- Tələbələrin tədris prosesinə nəzarət
- Təhsil sahəsindəki xidmət sahələrini tələbələrə tanıtmaq və satışını həyata keçirmək.
- Tədris prosesini dəstəkləyən inzibati işlərin koordinasiyası
- Məlumatlandırılmalı tələbələrə ətraflı, aydın və tam məlumat verərək qeydiyyatını aparmaq
- Rəhbərliyə gündəlik hesabatların verilməsi
- Elektron müraciət etmiş tələbələrə zənglə ətraflı məlumatın verilməsi və cəlb edilməsi
- Müəllim və tələbələrin düzgün koordinasiyası
- Online dərs qruplarına nəzarət
Tələblər
- Ali təhsil (istənilən sahədə)
- Xanım namizədlər tələb olunur
- Səlist Azərbaycan dilində danışıq və yazı bacarığı
- Satış sahəsində, müştəri xidmətlərində təcrübənin olması üstünlükdür
- Komandada işləmək bacarığı.
- Microsoft Office proqramları ilə yaxşı səviyyədə işləmə bacarığı;
- Məsuliyyətli, dəqiq, çalışqan olmalıdır;
- Satış hədəflərinə çatmaq üçün müstəqil şəkildə iş görmə və nəticə əldə etmə qabiliyyəti
- Səliqəli, punktual, xoş görünüşlü.
Karyera imkanları və təminatlar
- Korporativ nömrə
- Korporativ telefon
- Şirkət əmək münasibətləri zamanı artan əmək haqqı və karyera imkanlarını tətbiq edir.
Əmək şəraiti şərtləri
- Ünvan: Gəncə şəhəri
- Əmək haqqı: Müsahibə əsasında təyin edilir.
- İş günləri: həftə içi 5 gün, (6-cı gün qısaldılmış)
- ARƏM-nə uyğun sənədləşmə.
Gizlilik təminatı
- Şirkətə müraciət edən namizədlərin fərdi məlumatları həmçinin müraciəti barədə məlumatları 3-cü tərəf qarşısında paylaşılmır.
Vakansiya üçün müraciət forması və şərtləri
- Vakansiya üzrə tələblərə cavab verən namizədlər aşağıdakı Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola və ya hr@educompany.az mail ünvanına fərdi CV-lərini göndərə bilərlər.
- Yalnız tələblərə cavab verən namizədlərə 3 iş günü ərzində geri dönüş edilir.
- Tələblərə cavab verən namizədlərlə ilkin olaraq online müsahibə keçiriləcək, uyğun namizədlərlə daha sonra Gəncə filialında ikinci görüş keçiriləcək.