Norm OJSC

Şirkət haqqında:
İstehsal gücü gündə 5300 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.
Norm müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
Əlaqə vasitələri:
Layihə rəhbəri (Tikinti materialları istiqaməti üzrə)
İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi
Tələblər:
- Biznesin idarə edilməsi, mühəndislik, tikinti menecmenti və ya əlaqəli sahə üzrə ali təhsil;
- Tikinti layihələrinin idarəedilməsi sahəsində azı 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı, Rus dili – arzuolunandır;
- Kompüter bilikləri: MS Office proqramları (Excel, Word, Outlook), layihə idarəetmə alətləri (MS Project, Primavera, Asana və ya Trello), sənəd idarəetmə sistemləri;
- Yüksək təşkilatçılıq, çoxsaylı tapşırıqları paralel idarə etmək və prioritetləşdirmək bacarığı;
- Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər;
- PMP və ya digər oxşar sertifikatların olması arzuolunandır;
- Diqqətlilik və sistemli işləmə vərdişləri;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.
Vəzifə və Öhdəliklər:
- Layihəni şirkətin daxili prosedur və qaydalarına, qüvvədə olan müvafiq qanunvericilik aktlarına və digər qanuni və ya tənzimləyici normalarına uyğun idarə etmək;
- Layihənin razılaşdırılmış müddətə, ayrılmış büdcə çərçivəsində və tələb olunan keyfiyyətdə həyata keçirilməsini təmin etmək;
- Layihə üzrə işlər həcmini (ilkin tələblər, müqavilələr, avadanlıqlar və tikinti üzrə spesifikasiya, layihələndirmə sənədləri və s.) planlaşdırmaq, təsdiqləmək və icrasına nəzarət etmək;
- Tikinti əməliyyatlarını planlaşdırmaq, o cümlədən layihənin iş qrafikinin hazırlanması, proqresin izlənilməsi və nəzarət edilməsinə rəhbərlik etmək;
- Layihələrin icra statusu barədə mütəmadi olaraq hesabatları hazırlamaq və bütün maraqlı tərəfləri məlumatlandırmaq;
- Layihə üzrə ehtimal büdcələrin, qiymət cədvəllərinin tərtibatına rəhbərlik etmək və xərcləri layihənin bütün həyat dövrü idarə etmək;
- Layihə üzrə maraqlı tərəfləri müəyyən etmək, idarəetmə və monitorinqi üzrə işləri təşkil etmək;
- Layihə üzrə əlaqələndirmə işlərini həyata keçirmək, o cümlədən şirkətdaxili, layihə komandası, sifarişçi, son istifadəçi, podratçı şirkətlər və digər maraqlı tərəflərlə mütəmadi koordinasiya və kommunikasiya işlərini təşkil etmək;
- Layihə üzrə resursları idarə etmək, o cümlədən işçi qüvvəsi, material, xidmət və avadanlıqların təmin edilməsini təşkil etmək;
- Layihə üzrə maliyyə axınını planlaşdırmaq və layihənin icrası müddətində təhlil edilməsinə nəzarət etmək;
- Layihənin bütün maraqlı tərəflərlə mərhələli şəkildə razılaşdırılmasını təmin etmək;
- Layihənin şirkətin SƏTƏM və Keyfiyyətin idarəedilməsi ilə bağlı siyasət və qaydalarına uyğun həyata keçirilməsini təmin etmək;
- Layihə üzrə satınalmaları idarə etmək, o cümlədən satınalmaları planlaşdırmaq, həyata keçirilməsinə nəzarət etmək;
- Sifarişçi və podratçılar ilə müqavilə inzibatçılığı işlərinin icrasına nəzarət etmək;
- Layihə üzrə dəyişikliklərin kompleks idarə edilməsi və nəzarətini təşkil etmək;
- Layihə üzrə risklərin müəyyən edilməsi, təhlil edilməsi, tədbirlər planının hazırlanması, icrası və monitorinqi işlərini həyata keçirmək;
- Tabeçiliyində olan komandanın səmərəli idarəedilməsi, qiymətləndirilməsi və inkişafı ilə bağlı tövsiyələrin verilməsi;
- Resursların (işçi, maliyyə, material və s.) layihələr arasında səmərəli bölgüsünü təşkil etmək;
- Layihələrin mənfətliliyini artırmaq üçün səy göstərmək, o cümlədən, lazımi strategiya, alət və üsullardan istifadə etmək;
- Layihə üzrə idarəetmə sənədləşmə işlərinin təşkil edilməsi, o cümlədən Nizamnamə, İdarəetmə Planları, Dəyişiklik formaları və digər layihə sənədlərinin hazırlanması, təsdiqlənməsi və arxivləşdirilməsini təmin etmək;
- Gündəlik/həftəlik layihə ilə əlaqədar bütün işlər üzrə planlama və icra yoxlamaları;
- Layihə çərçivəsində tələb edilən bütün növ toplantılarının təşkili və aparılması;
- Tikinti meydançasına daimi səfərlər və sahə işlərinin/hesabatlarının yoxlanması;
- Tərəfdaşlardan gələn hesabatların analizi və düzəlişlər;
- Layihə ilə əlaqədar günəlik/həfətlik/aylıq və mərhələlər üzrə hesabatlarının rəhbərliyə təqdim edilməsi;
- Layihədən irəli gələn bütün digər əməliyyatlar.
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.